Livan Səhiyyə Nazirliyi: İsrailin hücumları nəticəsində 2 679 nəfər həlak olub
Far.Az xəbər saytı

Livan Səhiyyə Nazirliyi: İsrailin hücumları nəticəsində 2 679 nəfər həlak olub


Aprelin 17-də atəşkəs elan olunmasına baxmayaraq, İsrailin Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində son 24 saat ərzində ən azı 20 nəfər həlak olub.

"Report" xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, daha 46 livanlı yaralanıb.

Qeyd olunub ki, 2 martda hərbi eskalasiyanın başlamasından bəri həlak olan mülki şəxslərin ümumi sayı 2 679 nəfərə, yaralıların isə 8229 nəfərə çatıb.

Səhiyyə Nazirliyi vurğulayıb ki, İsrail yaşayış məntəqələrinə hücum etməyə davam etdikcə, itki və yaralıların sayı arta bilər.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər