Türkiyədə eyni anda 198 nəfər saxlanıldı - ANBAAN GÖRÜNTÜ
Türkiyədə hüquq-mühafizə orqanları genişmiqyaslı əməliyyat həyata keçirib.
BAKU.WS xəbər verir kiç, ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, eyni vaxtda 16 vilayəti əhatə edən əməliyyatlar çərçivəsində mütəşəkkil cinayətkar qruplara ciddi zərbə vurulub.
Rəsmi açıqlamada bildirilib ki, müxtəlif bölgələrdə fəaliyyət göstərən 16 ayrı cinayətkar dəstəyə qarşı keçirilən tədbirlər nəticəsində 198 şübhəli saxlanılıb. Araşdırmalar zamanı həmin şəxslərin bank hesablarında ümumilikdə 3,5 milyard türk lirəsi həcmində pul dövriyyəsi qeydə alınıb.
16 ilde 16 ayrı Organize Suç Örgütüne yönelik Jandarmamız tarafından düzenlenen operasyonlarda 3,5 Milyar TL hesap hareketi bulunan 198 şüpheli yakalandı.
— T.C. İçişleri Bakanlığı (@TC_icisleri) May 2, 2026
Şüphelilerden;
-105'i tutuklandı.
-75'i hakkında adli kontrol hükümleri uygulandı. Diğerlerinin işlemleri devam ediyor.… pic.twitter.com/9h30abhcEx
İstintaq materiallarına əsasən, saxlanılanlar sosial şəbəkələr üzərindən "investisiya məsləhətçiliyi" adı altında vətəndaşları aldadaraq qanunsuz gəlir əldə edib, eyni zamanda bəzi şirkətlərə qarşı təzyiq və hədə-qorxu tətbiq ediblər.
Bundan əlavə, şübhəlilərin narkotik vasitələrin dövriyyəsi, qeyri-qanuni mərc oyunlarının təşkili, maliyyə əməliyyatlarında vasitəçilik, saxta sənədlərin hazırlanması, silah qaçaqmalçılığı və sələmçilik kimi qanunsuz fəaliyyətlərlə məşğul olduqları müəyyənləşdirilib.
Əməliyyat çərçivəsində 24 daşınmaz əmlak, 16 nəqliyyat vasitəsi və 1060 bank hesabına həbs qoyulub. Məhkəmə qərarı ilə saxlanılanlardan 105 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslərlə bağlı hüquqi prosedurlar davam etdirilir.
Oxşar xəbərlər
Güclü yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək













