Bu il Serbiyada itkin düşmüş şəxslərlə bağlı qanun qəbul ediləcək
Far.Az xəbər saytı

Bu il Serbiyada itkin düşmüş şəxslərlə bağlı qanun qəbul ediləcək


Serbiyada 2026-cı ildə itkin düşmüş şəxslərlə bağlı qanun qəbul ediləcək.

"Far.Az"un Balkan bürosu xəbər verir ki, bunu Serbiyanın əmək, məşğulluq, veteran və sosial məsələlər naziri Militsa Durceviç Stamenkovski mayın 4-də Serbiya parlamentinin binasında açılan və 1990-cı illərdə keçmiş Yuqoslaviya ərazisində müharibə zamanı serblərin çəkdiyi əzablarla bağlı xatirə mədəniyyətinin formalaşdırılmasına həsr olunan "Xatirələr" (Sećanja) sərgisinə baxış zamanı deyib.

Onun sözlərinə görə, Serbiya Prezidenti Aleksandar Vuçiç təşəbbüsü dəstəkləyib.

Nazir bildirib ki, Əmək, Məşğulluq, Veteran və Sosial məsələlər Nazirliyi bu layihənin institusional dəstəyə layiq olduğunu hesab edib və bugünkü Xorvatiya ərazisində, eləcə də Kosovo and Metoxiya bölgəsində itkin düşənlərin yaxınlarının unudulmaması üçün çalışan assosiasiyaya dəstək vermək istəyir.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər