Avropa Parlamentinin Azərbaycana qarşı qərarlarında erməni diasporunun izləri aşkar görünür - RƏY
Avropa İttifaqının bəzi institutlarının Azərbaycana qarşı əsassız böhtan kampaniyasını həyata keçirməsi bu institunun müəyyən kəsimlərinin korrupsiyaya uğraması və erməni diasporunun maraqlarına xidmət etdiyinə işarə edir.
Bunu "Far.Az"a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Sultan Zahidov deyib.
O qeyd edib ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan torpaqlarının işğalı dövründə bir milyona yaxın məcburi köçkün və qaçqının mövcudluğuna adekvat reaksiya verməyib:
"Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirilib, ölkənin tarixi, mədəni və dini abidələri yerlə-yeksan edilib. Həmçinin Azərbaycana qarşı urbisid, ekoloji terror və qətliamlar törədilib. Bütün bunlara baxmayaraq, qeyd olunan qurumlar tərəfindən Ermənistanı qınayan hər hansı ciddi qətnamə qəbul edilməyib, onlara qarşı təsirli təzyiqlər göstərilməyib. Əksinə, biz müşahidə edirik ki, bu qurumlar Azərbaycana qarşı sanki koordinasiyalı və yönləndirilmiş şəkildə qərəzli addımlar atmış, müxtəlif qətnamələr qəbul ediblər".
Onun sözlərinə görə, təkcə 2021-ci ilin may ayından 2026-cı ilin aprelinə qədər Avropa Parlamenti Azərbaycana qarşı 14 qətnamə qəbul edib:
"Bu qətnamələrin hər birində böhtan xarakterli, saxta məlumatlar və sülh prosesinə zidd ifadələr yer alıb. Bir neçə gün əvvəl qəbuledilən qətnamənin mətninə nəzər saldıqda da aydın olur ki, Azərbaycanla bağlı hissələrdə heç bir reallıq yoxdur və sülh reallığını əks etdirmir. Bu qətnamələrin hazırlanmasında erməni diasporunun və erməni oliqarxlarının izləri sezilir".
Sultan Zahidova görə, bütün bunlar göstərir ki, bəzi deputatlar korrupsiya və ikili standartlara xidmət edərək erməni diasporunun maraqlarına uyğun fəaliyyət göstərirlər və anti-Azərbaycan qətnamələrinin qəbulunda xüsusi fəallıq nümayiş etdirirlər.
"Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta da bildirir ki, bu gün Cənubi Qafqazda sülh mövcuddur və bu sülhün təmin olunmasında əsas rolu Azərbaycan oynayıb. Azərbaycan ilk növbədə sülhə mane olan əsas amilləri aradan qaldırıb, ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bununla da BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirmiş oldu.
Azərbaycan eyni zamanda, Ermənistanla münasibətlərin normallaşdırılması üçün beş əsas prinsip irəli sürüb və sülh gündəliyini formalaşdırıb. Buna baxmayaraq, Avropa İttifaqının bəzi institutlarının Azərbaycanın bu fəaliyyətini görməzdən gələrək ölkəmizə qarşı əsassız böhtan kampaniyasın həyata keçirməsi bir daha bu institunun müəyyən kəsimlərinin korrupsiyaya uğraması və erməni diasporasının maraqlarına xidmət etdiyinə işarə edir. Halbuki Avropa İttifaqı yaradılarkən əsas məqsədlərdən biri beynəlxalq hüquqa hörmətin təmin edilməsi və sülhün qorunması olub. Azərbaycan isə regionda məhz bu prinsipləri həyata keçirən əsas aktor kimi çıxış edir.
Belə bir ölkəyə qarşı qərəzli qətnamələrin qəbul edilməsi açıq şəkildə ədalətsizlik və hüquqa zidd yanaşmadır. Prezident İlham Əliyev bu gün Ermənistanda keçirilən "Avropa Siyasi Birliyi"nin Zirvə görüşündə videobağlantı formasında çıxış edərək bu institutların qərəzli olduğunu haqlı olaraq bildirmiş oldu", - deyə o vurğulayıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Mançester Yunayted" ÇL-nin gələn mövsümünə vəsiqə qazanıb
-
Almaniya kansleri Trampı yox, ABŞ-ni üstün tutur
-
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
-
Polşanın şimal-şərqində NATO-nun "Amber Shock" təlimləri keçirilir
-
Sumqayıtda işləyən zaman halı pisləşən fəhlə dünyasını dəyişib
-
"Axios": ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək













