"Growth Lab" Mərkəzi ilə fiskal çərçivədə əməkdaşlıq müzakirə olunub
Maliyyə Nazirliyi və Harvard Universitetinin "Growth Lab" Mərkəzi arasında makroiqtisadi siyasət və fiskal çərçivə üzrə əməkdaşlıq müzakirə olunub.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, nazirin I müavini Anar Kərimov ölkəmizdə səfərdə olan Mərkəzin direktoru professor Rikardo Hausmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Harvard Universiteti ilə həyata keçirilən tədqiqat və təhsil-təlim layihəsi çərçivəsində mövcud əməkdaşlıq münasibətləri, makroiqtisadi siyasət, fiskal çərçivə və iqtisadi inkişaf üzrə birgə analitik fəaliyyətlər nəzərdən keçirilib.
A.Kərimov ölkəmizdə 2025–2026-cı illəri əhatə edən makroiqtisadi vəziyyət və proqnozlar barədə məlumat verərək, iqtisadi artımın əsasən qeyri-neft sektoru hesabına formalaşdığını, inflyasiyanın isə nisbətən sabit dinamika nümayiş etdirdiyini diqqətə çatdırıb. Bildirilib ki, fiskal çərçivənin gücləndirilməsi istiqamətində ölkəmizdə büdcə qaydaları çərçivəsində qeyri-neft kəsiri və dövlət borcunun ÜDM-ə nisbəti üzrə hədəflər müəyyən edilib, Neft Fondunun aktivlərinin qorunması və qeyri-neft gəlirlərinin artırılması istiqamətində ardıcıl addımlar atılır.
Eyni zamanda, A.Kərimov fiskal islahatların davamlı şəkildə həyata keçirilməsinin dövlət maliyyəsinin dayanıqlığının gücləndirilməsi və orta müddətli makroiqtisadi sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Öz növbəsində, R.Hausman Azərbaycanla əməkdaşlığın davamlı xarakter daşıdığını qeyd edərək, birgə aparılan analitik fəaliyyətlərin ölkənin iqtisadi inkişaf istiqamətlərinin dərindən təhlilinə və iqtisadi qərarların effektiv şəkildə formalaşdırılmasına dəstək verdiyini bildirib.
Görüş zamanı, həmçinin "Growth Lab" Mərkəzinin hazırladığı analitik hesabatlar üzrə fikir mübadiləsi aparılıb, aparılan təhlillərin nəticələri və təqdim edilən rəy və təkliflər müzakirə edilib.
Tərəflər makroiqtisadi siyasətin davamlılığının, eləcə də fiskal və monetar dayanıqlığın gücləndirilməsi, habelə investisiya mühitinin yaxşılaşdırılması və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində birgə tədqiqatların davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Oxşar xəbərlər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb













