Nazir: "Azərbaycan beynəlxalq tərəfdaşlarla iqlim gündəliyi üzrə işi davam etdirəcək"
Azərbaycan qlobal iqlim gündəliyi üzrə razılaşmaların həyata keçirilməsi üçün Asiya İnkişaf Bankı (ADB) daxil olmaqla beynəlxalq tərəfdaşlarla sıx qarşılıqlı əlaqəni davam etdirəcək.
"Far.Az"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurasının 59-cu illik iclası çərçivəsində rəhbərlərin işgüzar sessiyasında bildirib.
"Azərbaycan qlobal iqlim gündəliyinə qətiyyətlə sadiq qalır. 2024-cü ildə Bakıda COP29-un keçirilməsi ölkəmiz və bütün region üçün mühüm mərhələ oldu. Konfrans iqlim maliyyələşdirilməsinin təşviqi, adaptasiya tədbirlərinin gücləndirilməsi və qlobal enerji keçidinin sürətləndirilməsində mühüm nəticələr verdi. Azərbaycan bu öhdəliklərin konkret nəticələrə çevrilməsi üçün ADB daxil olmaqla, beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək bu tempi artırmağa davam edəcək", - S.Babayev bildirib.
Nazir çıxışında həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası üzrə irimiqyaslı proqram həyata keçirməsinə toxunub: "Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına, habelə keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtmasına kömək etməyə yönəlmiş "Böyük Qayıdış" proqramını həyata keçirir. Bu genişmiqyaslı iş Qarabağ və Şərqi Zəngəzurda minalardan təmizləmə üzrə irimiqyaslı tədbirləri, eləcə də repatriasiya prosesini dəstəkləmək üçün zəruri fiziki və sosial infrastrukturun inkişafını əhatə edir".
S.Babayev Azərbaycan və Ermənistan arasında normallaşma prosesində irəliləyişi qeyd edib: "Biz əminik ki, bu prosesi başa çatdırmağa imkan verəcək gələcək addımlar regionumuzda davamlı sülh və sabitliyin bərqərar olmasına mühüm töhfə verəcək".
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Mançester Yunayted" ÇL-nin gələn mövsümünə vəsiqə qazanıb
-
Almaniya kansleri Trampı yox, ABŞ-ni üstün tutur
-
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
-
Sumqayıtda işləyən zaman halı pisləşən fəhlə dünyasını dəyişib
-
"Axios": ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək
-
Xəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR?













