Azərbaycanda əkilməyən torpaqlarla bağlı ayrıca qanun layihəsi hazırlanır
Far.Az xəbər saytı

Azərbaycanda əkilməyən torpaqlarla bağlı ayrıca qanun layihəsi hazırlanır


Kənd Təsərrüfatı Nazirliyi istifadəsiz qalmış - əkilməyən torpaqlarla bağlı ayrıca qanun layihəsi hazırlayır.

Far.Az report-a istinadən xəbər verir ki, bunu nazirliyin Hüquq və icra intizamı şöbəsinin rəhbəri Yasər Abdullayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında "Yaşıllıqların mühafizəsi haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsində bildirib.

"Əslində, vaxtilə bu barədə qanun layihəsi hazırlanmışdı, amma parlamentə təqdim edilmədi. Onu qanun layihəsi çərçivəsində alt proqram kimi nəzərdə tutmuşduq. Burada Türkiyədəki mexanizmin tətbiqi nəzərdə tutulmuşdu.

Məsələn, əgər torpaq mülkiyyətçisi 2 il ərzində onu istifadə etmirsə, dövlət həmin torpağı onun adından digər şəxsə icarəyə verir, icarə haqqını isə mülkiyyətçinin bank hesabına köçürülür. Bununla da dövlət torpaqların istifadəsini məcburi edir", - Y.Abdullayev vurğulayıb.

Nazirlik rəsmisi əlavə edib ki, sözügedən sənəddə istifadəsiz torpağa görə də vergilər dəfələrlə artırılırdı: "Bu gün bizdə bələdiyyə vergisi yığılır. Lakin tətbiq mexanizmindən görünən odur ki, bu yığım istənilən səviyyədə deyil.

Bu səbəbdən istifadəsiz torpaqlarımız çoxdur. Düzdür, bunun başqa səbəbləri də var. Gələcəkdə bu məsələlərin həlli üçün fikirlərimiz var".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər