İsveçrə ADB-ni özəl sektor üçün yeni bazarların açılmasına dəstək olmağa çağırıb
Asiya İnkişaf Bankı (ADB) tədarük zəncirlərinin şaxələndirilməsi prosesində mərkəzi yer tutmağa, həmçinin özəl və maliyyə sektorlarının yeni bazarlara çıxmasına dəstək olmağa qadirdir.
"Far.Az"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu bəyanatla İsveçrəni təmsil edən bankın idarəedicisi Pyetro Latseri ADB-nin Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən rəhbərlərin işgüzar sessiyasında çıxış edib.
"Bu, infrastruktur, innovasiyalar, həyat elmləri, texnologiyalar və bərpa olunan enerji mənbələri kimi strateji əhəmiyyətli istiqamətlərdə innovativ, dayanıqlı yanaşmaları və yüksək keyfiyyətli tərəfdaşlığı ilə fərqlənən İsveçrənin özəl və maliyyə sektoru ilə səmərəli əməkdaşlıq üçün perspektivlər açır. Biz ümid edirik ki, ADB qüvvədə olan beynəlxalq öhdəliklərə, ilk növbədə Paris Sazişinə əməl etməyə davam edəcək və iqlim dəyişikliklərinə uyğunlaşma, eləcə də enerji keçidinin həyata keçirilməsində ölkələrə əvvəlki kimi dəstək göstərəcək", - P. Latseri deyib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Mançester Yunayted" ÇL-nin gələn mövsümünə vəsiqə qazanıb
-
Almaniya kansleri Trampı yox, ABŞ-ni üstün tutur
-
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
-
"Axios": ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək
-
Sumqayıtda işləyən zaman halı pisləşən fəhlə dünyasını dəyişib
-
Xəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR?













