Qonşu ölkədən təhsil adı ilə işləməyə gələnlərə SƏRT CƏZA
Far.Az xəbər saytı

Qonşu ölkədən təhsil adı ilə işləməyə gələnlərə SƏRT CƏZA


Rusiya Dövlət Dumasında "Yeni Xalq" fraksiyasının deputatları hökumətə yeni qanun layihəsi təqdim ediblər.

Far.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, layihəyə əsasən, ölkəyə təhsil məqsədilə gəldiyini bildirən, lakin faktiki olaraq oxumayan xarici vətəndaşlara qarşı inzibati məsuliyyət tətbiq edilməsi nəzərdə tutulur.

Təklif edilən dəyişikliklərə görə, belə hallar İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsinə əlavə ediləcək. Qanun layihəsi, ölkəyə daxil olarkən "təhsil" məqsədi göstərən, lakin ali və ya digər təhsil müəssisələrinə qəbul olunmayan, dərslərə qatılmayan və ya ümumiyyətlə oxumaq niyyəti olmayan şəxsləri əhatə edir.

Deputatlar bildirirlər ki, bəzi hallarda əcnəbilər tələbə vizasından yalnız ölkədə qalmaq üçün istifadə edirlər. Hətta bəzi təhsil müəssisələrinin də formal şəkildə tələbə qeydiyyatı apardığı, lakin real tədrisin həyata keçirilmədiyi vurğulanır.

Yeni qaydalara əsasən, bu cür pozuntuya yol verən şəxslər 5 min rubldan 10 min rubladək cərimə oluna və daha sonra ölkədən inzibati qaydada çıxarıla bilərlər.

Qanun layihəsinin müəllifləri hesab edirlər ki, hazırda bu tip hallar ayrıca hüquq pozuntusu kimi təsbit olunmayıb. Yeni dəyişikliklər isə təhsil məqsədindən sui-istifadə hallarının qarşısını almağa və hüquqi yanaşmanı daha da sistemləşdirməyə kömək edəcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan gömrükçüləri "Uşaq oyuncaqları" yükündən bəyan olunmayan mallar aşkarladı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər