Cənubi Koreya ADB vasitəsilə süni intellekt və "yaşıl texnologiyalar"a investisiyaların artırılmasının tərəfdarı kimi çıxış edib
Far.Az xəbər saytı

Cənubi Koreya ADB vasitəsilə süni intellekt və "yaşıl texnologiyalar"a investisiyaların artırılmasının tərəfdarı kimi çıxış edib


Asiya İnkişaf Bankı (ADB) cari qlobal çağırışlar şəraitində çoxtərəfli əməkdaşlıq platforması kimi ən mühüm funksiyanı yerinə yetirmək iqtidarındadır.

"Far.Az"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu bəyanatla bankın Cənubi Koreyadan olan idarəedicisi Yun Çxol Ku ADB Rəhbərlər Şurasının 59-cu illik iclasındakı rəhbərlərin işgüzar sessiyası zamanı çıxış edib.

"Bu gün qarşımızda duran çağırışların tək bir dövlətin səyləri ilə öhdəsindən gəlmək qeyri-mümkündür və bu da bütün iştirakçılar arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini zəruri edir. Məhz bu kontekstdə ADB birgə fəaliyyətlərin əlaqələndirilməsi platforması kimi mərkəzi rolu öz üzərinə götürə bilər", - Y. Çxol Ku deyib.

Cənubi Koreya nümayəndəsi Asiya-Sakit okean regionunun dayanıqlı inkişafını təmin etməyə yönəlmiş üç əsas istiqaməti qeyd edib.

"Birinci istiqamət - tədarük zəncirlərinin sabitliyinin təmin edilməsidir. Geosiyasi ziddiyyətlər mövcud logistika sistemlərinin əhəmiyyətli dərəcədə zəifliyini üzə çıxarıb. Biz ADB-in tədarüklərin dayanıqlılığının artırılmasına və kritik vacib mineral resurslarla işləməyə yönəlməsini dəstəkləyirik və Koreya bu təşəbbüslərdə fəal iştirak etməyə hazırdır.

İkincisi - ekoloji transformasiyadır. Söhbət təkcə ətraf mühitin mühafizəsindən deyil, həm də enerji təhlükəsizliyinin gücləndirilməsindən gedir. Biz ADB-ni bütün region məkanında "yaşıl texnologiyalar"a investisiya həcmini artırmağa çağırırıq.

Üçüncüsü - innovasiyaların və məhsuldarlıq artımının əsas hərəkətverici qüvvəsi kimi çıxış edən süni intellekt sahəsində transformasiyadır. O, inkişaf etməkdə olan dövlətlərə iqtisadi sıçrayış etmək üçün prinsipial olaraq yeni imkanlar təqdim edir", - Y. Çxol Ku vurğulayıb.

Oxşar xəbərlər

Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb
Rusiya mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını işıqlandırıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər