Koşta: Aİ Ermənistanla əməkdaşlığı dərinləşdirir və Ukraynaya dəstəyi davam etdirəcək
Far.Az xəbər saytı

Koşta: Aİ Ermənistanla əməkdaşlığı dərinləşdirir və Ukraynaya dəstəyi davam etdirəcək


Avropa İttifaqı (Aİ) Ermənistanla əməkdaşlığı gücləndirmək niyyətindədir, həmçinin ədalətli və davamlı sülhə nail olunana qədər Ukraynanı dəstəkləməyə davam edəcək.

"Far.Az"un Avropa bürosunun məlumatına görə, bunu Aİ Şurasının prezidenti Antonio Koşta İrəvanda "Avropa Siyasi Birliyi"nin sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında bəyan edib.

O, artan geosiyasi risklər fonunda Aİ-nin Cənubi Qafqaz ölkələri ilə daha sıx əməkdaşlığa can atdığını vurğulayıb.

"Hazırkı geosiyasi kontekstdə qitəmizin hərtərəfli, 360 dərəcəli təhlükəsizlik strategiyasına ehtiyacı olduğu getdikcə daha aydın olur", - o bildirib. Koşta əlavə edib ki, Avropanın qonşuluğunda gedən münaqişələr blok ölkələrinin təhlükəsizliyinə, enerji təchizatına və iqtisadiyyatına birbaşa təsir göstərir.

Koşta həmçinin Ukraynaya dəstəyin davam etdiyini təsdiqləyib və Rusiya-Ukrayna münaqişəsinin həllinin Avropa gündəliyinin mərkəzində durduğunu vurğulayıb.

"Aİ Ukraynanın ərazi bütövlüyü çərçivəsində davamlı, ədalətli və möhkəm sülhün əldə edilməsi üçün onu lazım olduğu müddətcə dəstəkləyəcək", - o deyib.

Koşta əlavə edib ki, Aİ Ukraynanın Avropaya inteqrasiyası prosesini, o cümlədən ilk danışıqlar klasterinin açılmasını sürətləndirməlidir.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər