Sabirabadın Poladtuğay kəndində geniş ərazilər su altında qalıb
Sabirabad rayonunun Poladtuğay kəndində Kür çayının daşması nəticəsində meşə ilə yanaşı, əkin sahələri və nar bağları su altında qalıb.
"Far.Az"un Aran bürosunun məlumatına görə, çay öz məcrasından çıxaraq kənd ərazisində yerləşən Tuğay meşələrinə, eləcə də əkin və bağ sahələrinə yayılıb.
Kənd sakinləri bildiriblər ki, xüsusilə yonca sahələri və nar bağları ciddi zərər görüb. Ərazilərdə suyun səviyyəsi bəzi yerlərdə 2-3 metrə qədər yüksəlib. Ötən ilin payız mövsümündə 11 hektar sahədə əkilmiş palıd tinglərinin də su altında qalaraq məhv olduğu qeyd olunur.
Subasma təhlükəsini nəzərə alan bəzi sakinlər məhsulu itirməmək üçün qabaqlayıcı tədbirlər görməyə başlayıblar. Belə ki, yonca sahələrində biçin işlərinə start verilib, yığılan məhsul texnikanın köməyi ilə daha təhlükəsiz ərazilərə daşınır.
Məsələ ilə bağlı Azadkənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən bildirilib ki, ərazidə vəziyyət nəzarət altındadır. Qeyd olunub ki, kəndin 2162 nəfər əhalisi var və aidiyyəti qurumların əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, monitorinqlər davam etdirilir.
Rəsmi məlumatda həmçinin vurğulanıb ki, mövcud mühafizə bəndlərinin hündürlüyü su səviyyəsindən təxminən 4 metr yüksəkdir. Bu səbəbdən hazırda yaşayış məntəqəsi üçün ciddi təhlükə yoxdur.
Oxşar xəbərlər
Lənkərançayda suyun səviyyəsi artıb - qabaqlayıcı tədbirlər görülür
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniya kansleri Trampı yox, ABŞ-ni üstün tutur
-
Qaraheybət təlim mərkəzində bədbəxt hadisə
-
"Axios": ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək
-
Mərakeş Amerika hərbçilərinin itməsini terrorla əlaqəli olmadığını bildirib
-
Turistlər üçün riskli ölkələr: oğurluq halları daha çox harada qeydə alınır?
-
Bakıda həftənin ilk günündə sıxlıq olan yollar açıqlanıb













