İtaliya şirkətləri Qarabağ və Şərqi Zəngəzurda 23 layihə həyata keçirib - YENİLƏNİB
Far.Az xəbər saytı

İtaliya şirkətləri Qarabağ və Şərqi Zəngəzurda 23 layihə həyata keçirib - YENİLƏNİB


Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir.

"Far.Az" xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatlar zamanı deyib.

"Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir", - Prezident bildirib və bu şirkətlərin sayının çox olmasını istədiyini ifadə edib:

"O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir.

Təbii ki, bütün bu biznes, kommersiya, ticarət əlaqələri, şirkətlərin birgə fəaliyyəti və digər məsələlərlə yanaşı, biz bəlkə də ən vacib sahəni də unutmamışıq, o da təhsil sahəsidir. Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Bizə verilən məlumata görə, artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Beləliklə, bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir".

İşğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və keçirir.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyevin Ciorcia Meloni ilə geniş tərkibdə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Ordusunda Novruz və Ramazan bayramları böyük təntənə ilə qeyd olunub
İlham Əliyev və Ciorcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər