İran BƏƏ-dəki yanğınları "ABŞ avantürasının birbaşa nəticəsi" adlandırıb - YENİLƏNİB
Far.Az xəbər saytı

İran BƏƏ-dəki yanğınları "ABŞ avantürasının birbaşa nəticəsi" adlandırıb - YENİLƏNİB


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) neft sənayesi obyektlərindəki yanğınlar bəzi gəmilərin Hörmüz boğazından keçidini təmin etməyə çalışan "ABŞ avantürası"nın birbaşa nəticəsidir.

"Report" xəbər verir ki, bu barədə mənbəyə istinadən İranın "NourNews" agentliyi məlumat yayıb.

Məlumata görə, Tehran qeyd olunan obyektlərə heç bir hücum planlaşdırmayıb və baş verənlər İran tərəfindən qadağan edilmiş gəmilərin qanunsuz keçidi üçün şərait yaratmağa çalışan Amerika ordusunun avantüralarının nəticəsidir.

Daha əvvəl BƏƏ rəsmiləri bildiriblər ki, Fuceyra əmirliyində neft sənayesi kompleksinin ərazisinə dron zərbəsi nəticəsində güclü yanğın baş verib, üç Hindistan vətəndaşı xəsarət alıb.

BƏƏ XİN "İran tərəfindən ölkə ərazisindəki mülki obyektlərə yenidən başlayan zərbələri" pisləyib və Əbu-Dabinin onlara cavab vermək qanuni hüququnu özündə saxladığını bildirib.

Bununla yanaşı, İrandakı hərbi mənbəyə istinadən "Tasnim" qeyd edir ki, əgər Əbu-Dabi hazırkı vəziyyətdə Tehrana qarşı hər hansı "qeyri-rasional hərəkətlər" etmək qərarına gələrsə, BƏƏ-nin regiondakı maraqları İran silahlı qüvvələrinin hədəflərinə çevrilə bilər.

İranın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) zərbələr endirmək kimi hər hansı bir niyyəti yoxdur və o, qarşısına belə bir vəzifə qoymayıb.

"Report" xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti (IRIB) ölkənin hərbi komandanlığının yüksəkvəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

Bundan az əvvəl BƏƏ-nin rəsmi nümayəndələri Əl-Fuceyra əmirliyindəki neft sənayesi obyektinə pilotsuz uçuş aparatı ilə hücumu nəticəsində böyük yanğın baş verdiyi barədə məlumat verib. Mülki müdafiə qüvvələri yanğının söndürülməsi üçün dərhal hadisə yerinə göndərilib.

Daxil olan məlumatlara görə, insident nəticəsində 3 Hindistan vətəndaşı yaralanıb.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər