Komitə sədri gömrükdə sahibsiz qalan mallardan DANIŞDI
Far.Az xəbər saytı

Komitə sədri gömrükdə sahibsiz qalan mallardan DANIŞDI


"Bəzən mallar gömrükdə uzun müddət sahibsiz qalır, onun saxlanması üçün xərclər artır".

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.

O bildirib ki, bəzən anbarlardakı mallar illər boyu sahibsiz qalır:

Komitə sədri gömrükdə sahibsiz qalan mallardan DANIŞDI

"Onu gətirən adam bəzən həmin məhsula nə marağı olur, nə də özününkü hesab edir. Həmin maldan imtina edir. Bunun isə hüquqi proseduru olmur. Beləliklə mallar 5-6 il sahibsiz qalır, köhnəlir, xarab olur. Nəticədə gömrük orqanlarının resursları sərf olunur, xərcləri çoxalır. Ona görə də 180 gündən sonra məhkəməyə müraciət olunur və malın aqibəti müəyyənləşir. Hansı formada qərar qəbul ediləcəksə, ona uyğun addımlar atılacaq".

Xatırladaq ki, layihəyə görə, gömrük sərhədini keçdiyi gündən altı ay müddətində rəsmiləşdirilməmiş və ya rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər