"mygov" vasitəsilə dövlət xidmətləri vətəndaş rəyi əsasında inkişaf etdiriləcək
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən "mygov" platformasının inkişafında yeni yanaşmaya start verilib. Bu çərçivədə vətəndaşlar artıq yalnız xidmət istifadəçisi deyil, xidmətlərin birgə dizaynında iştirak edən tərəf kimi çıxış edir.
Təşəbbüs "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"na uyğun olaraq həyata keçirilir və dövlət xidmətlərinin təqdimatından vətəndaş təcrübəsinin dizaynına keçidi hədəfləyir. Əsas məqsəd xidmətlərin real istifadəçi ehtiyaclarına əsaslanaraq davamlı şəkildə təkmilləşdirilməsidir.
Bu yanaşma əsasında keçirilən görüşlər vətəndaş rəylərinin xidmətlərin ilkin mərhələdən formalaşdırılmasına inteqrasiyasını təmin edir. Təşəbbüs həm aktiv istifadəçiləri, həm də rəqəmsal xidmətlərdən məhdud istifadə edən qrupları əhatə edir.
İlk görüş 30 aprel tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində baş tutub. Görüşdə "mygov" platformasında təqdim olunan etibarnamə xidmətlərindən istifadə etmiş vətəndaşlar iştirak ediblər.
Müzakirələr zamanı istifadəçi təcrübəsi, xidmətlərin əlçatanlığı və interfeysin sadələşdirilməsi ilə bağlı rəylər toplanıb. Toplanan rəy və müşahidələr əsasında xidmətlər üzrə addımların azaldılması, interfeysin optimallaşdırılması və istifadə prosesinin daha sadə və aydın qurulması istiqamətində ilkin qərarlar formalaşdırılıb.
"mygov" bu çərçivədə dövlət xidmətlərinə çıxış üçün vahid platforma və vətəndaş iştirakını təmin edən əsas institusional mexanizm kimi çıxış edir. Toplanan rəy və məlumatlar xidmətlərin vətəndaş rəyləri və istifadəçi davranış məlumatları əsasında sistemli şəkildə təkmilləşdirilməsinə imkan verəcək.
Bu təşəbbüs vətəndaşların rəqəmsal hökumət proseslərində iştirakını genişləndirir və dövlət xidmətlərinin daha çevik, əlçatan və istifadəçi yönümlü inkişafına xidmət edir.
Xatırladaq ki, "mygov" platformasında vətəndaşlara nəqliyyat vasitəsindən istifadə üçün etibarnamə, nəqliyyata sərəncam etibarnaməsi, etibarnaməyə xitam kimi rəqəmsal xidmətlər təqdim olunur. Eyni zamanda vətəndaşlar etibarnamə məlumatlarını platforma üzərindən əldə edə bilirlər.
Oxşar xəbərlər
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qaraheybət təlim mərkəzində bədbəxt hadisə
-
"Space" televiziyasına yeni baş direktor TƏYİN EDİLDİ
-
Qaraheybətdə təlim mərkəzində bədbəxt hadisə baş verib
-
Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb
-
Finlandiya xarici dronlarla bağlı yeni risklər gözləyir
-
Sürücünün tələskənliyi qəzaya səbəb oldu - ANBAAN GÖRÜNTÜ













