Corcia Meloni: Roma Bakı ilə uzunmüddətli tərəfdaşlığı hədəfləyir
Far.Az xəbər saytı

Corcia Meloni: Roma Bakı ilə uzunmüddətli tərəfdaşlığı hədəfləyir


İtaliya Azərbaycanla uzunmüddətli strateji tərəfdaşlığın möhkəmləndirilməsini hədəfləyir.

"Report" xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni mayın 4-də Azərbaycana səfərinin yekunları ilə bağlı "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"İtaliya üçün konkret və uzunmüddətli dəyərə malik olan strateji tərəfdaşlığı gücləndirmək üçün Bakıya səfər etdim. Azərbaycanla biz enerji, təhlükəsizlik, əlaqəlilik, investisiya və siyasi dialoq sahəsində əhəmiyyətli əməkdaşlığı gücləndirmək, getdikcə onu xalqlarımız üçün konkret imkanlara çevirmək istəyirik", - o yazıb.

C.Meloni qeyd edib ki, indiki kimi çətin dövrlərdə istinad nöqtələrindən tutunmaq xüsusilə vacibdir və onlardan biri İtaliya ilə Azərbaycan arasındakı münasibətlərdir.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub
İlham Əliyevin Ciorcia Meloni ilə geniş tərkibdə görüşü olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər