Azercell Beynəlxalq Xalça Festivalında "Minlərlə ilmə, bir güc" xalçasını təqdim etdi
Far.Az xəbər saytı

Azercell Beynəlxalq Xalça Festivalında "Minlərlə ilmə, bir güc" xalçasını təqdim etdi


Şirkət "Azərxalça" ASC ilə tərəfdaşlıq əsasında qadınların sosial həyatda rolunun gücləndirilməsinə yönəlmiş növbəti təşəbbüsünü reallaşdırdı

"Azercell Telekom" MMC "Azərxalça" ASC ilə əməkdaşlıqda qadın həmrəyliyini və gücünü əks etdirən "Minlərlə ilmə, bir güc" sosial təşəbbüsünü uğurla həyata keçirdi. Təşəbbüs eyni zamanda Azərbaycanın zəngin xalçaçılıq ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsinə töhfə vermək məqsədini daşıyırdı.

Layihə çərçivəsində qadınlar arasında həmrəyliyi, onların cəmiyyətin sosial və mədəni inkişafındakı rolunu simvolizə edən xüsusi xalça hazırlandı.

Təşəbbüs 2–3 may tarixlərində keçirilən Beynəlxalq Xalça Festivalı zamanı geniş ictimaiyyətə təqdim edildi. Festival günlərində qadın ziyarətçilər və ictimai xadimlər təşəbbüsə böyük maraq göstərərək xalçanın yaradılma prosesində birbaşa iştirak etdilər. Belə ki, festivalın qadın iştirakçıları xalçaya ilmə vuraraq bu unikal sənət nümunəsinin formalaşmasına öz töhfələrini verdilər.

"Azercell Telekom" MMC layihəyə qoşularaq xalçanın hazırlanmasında iştirak edən bütün qadınlara öz təşəkkürünü bildirir!

Oxşar xəbərlər

Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər