Moldovada enerji böhranı təhlükəsi ilə bağlı fövqəladə vəziyyət elan olunub
Moldovada enerji və hidroloji sektorlarda 60 günlük fövqəladə vəziyyət elan edilib.
"Far.Az"un MOLDPRES-ə istinadən məlumatına görə, qərar parlament tərəfindən elektrik enerjisi və yanacağın təchizatında fasilələr, qazın qiymətinin artımı, Dnestr və Prut çaylarında suyun səviyyəsinin kəskin şəkildə aşağı düşməsi təhlükəsi fonunda qəbul edilib.
Fövqəladə vəziyyət dövründə böhranların idarə edilməsi üzrə milli komissiya ölkənin enerji resursları və su ilə fasiləsiz təchizatını təminatı üçün mövcud standartlardan kənara çıxan qərar qəbul edə biləcək.
Xüsusilə, hakimiyyət orqanları qiymətləri və tarifləri, aksiz vergilərini və digər ödənişləri tənzimləyə, yanacaq idxalına üstünlük verə və enerji istehlakını məhdudlaşdıra biləcək.
Bundan əlavə, komissiya su ehtiyatlarından istifadəyə üstünlük vermək, nasos avadanlıqlarını səfərbər etmək və su təchizatını təmin etmək üçün muxtar enerji mənbələrini yerləşdirmək üçün tədbirlər görə biləcək.
Hakim Fəaliyyət və Həmrəylik Partiyasından olan parlament üzvləri fövqəladə vəziyyətin elan edilməsinin lehinə, parlamentin 20 üzvü isə sənədin əleyhinə səs verib.
Qərar 26 sentyabrda qüvvəyə minib.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
-
Tərtərdə evə gec gələn kişi arvadını döyüb xəstəxanalıq etdi
-
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
-
Quba sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,7 milyon manat vəsait ayrılır
-
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
-
Maştağa və Buzovna qəsəbələrində qaz olmayacaq













