Sumqayıtda avtomobil yolunun çökməsinin səbəbi açıqlanıb - RƏSMİ
Far.Az xəbər saytı

Sumqayıtda avtomobil yolunun çökməsinin səbəbi açıqlanıb - RƏSMİ


Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən 600 mm diametrli kanalizasiya xəttində çökmə baş verib.

Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti asfalt yolda oyuq yaranmasının səbəbinə aydınlıq gətirərkən məlumat verib.

Bildirilib ki, hazırda ərazidə müvafiq qurumlar tərəfindən təhlükəsizlik tədbirləri həyata keçirilir, hadisə yerinə giriş-çıxış nəzarətə götürülüb.

Bildiririk ki, yaranmış problemin aradan qaldırılması məqsədilə sabahdan etibarən təmir-bərpa işlərinə başlanılacaq və işlərin qısa müddətdə yekunlaşdırılması üçün bütün zəruri tədbirlər görüləcəkdir.

***17:03

Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsində avtomobil yolunda çökmə baş verib.

Far.Az report-a istinadən xəbər verir ki, nəticədə yolun hərəkət hissəsində təxminən 5 metr diametrlik iri oyuq yaranıb.

Çökməyə səbəb kimi kanalizasiya xəttində qəzanın baş verməsi göstərilir.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, hazırda təhlükəsizlik tədbirləri görülür və problemin aradan qaldırılması istiqamətində işlər aparılır.

Oxşar xəbərlər

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Sumqayıtda avtomobil yolunun çökməsinin səbəbi açıqlanıb - RƏSMİ - YENİLƏNİB
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər"
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər