Yeni sevgilisi olduğunu açıqladı
Müğənni Aynur Dadaşova sevgi etirafı edib.
Far.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Afaqla 10lar" verilişində yeni eşq yaşadığını açıqlayıb.
O, həmkarı Niyam Salaminin "Aynur xanımın bu yaşda ürəyində hansı sevgi var? Hansı sevgidir ki, yadına düşəndə onu xəyala daldırır" sualına belə cavab verib:
"Sevib-sevilmək hər insanın haqqıdır. Susmaq nə deməkdir? Yaxşı ki, varsan, üzümü güldürürsən, çox xoşbəxtəm. Bu sualı verən yəqin görür ki, son vaxtlar Aynur gözəlləşib, xanım olub.
Niyam heç nə bilmir. İnsan sevəndə həyat dolu olur, həyat onun üçün maraqlı olur. Xumar Qədimovanın bir sözü var: sevməsəm, sevilməsəm, düşünməsəm yaşaya bilmərəm. Hər bir xanıma xoşbəxtlik arzu edirəm. Bu, hər bir xanımın haqqıdır. Mən də sevməli, sevilməliyəm. Mən də sevirəm".
Qeyd edək ki, A. Dadaşova bir dəfə ailəli olub. O, xəyanət səbəbindən həyat yoldaşından ayrılıb. İfaçının bu nikahdan iki övladı var.
Oxşar xəbərlər
Evli iş adamı ilə eşq yaşayan və hazırda ektrasens olan MÜĞƏNNİNİN HEKAYƏSİ
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Ben Affleklə Cennifer Lopez yenidən eşq yaşayır?
Hülya Avşar, Emina Yahoviçlə sevgili olan 61 yaşlı Sadettin Saranın macəra dolu EŞQ HƏYATI
Eşq yuvası savaş meydanına çevrildi: "35 milyon dollarımı ver!"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WUF13 zamanı Bakıda geniş nəqliyyat planı tətbiq olunacaq
-
"Tanjug": Azərbaycan dünyada ən çox palçıq vulkanına sahib ölkədir
-
Bakının bəzi küçələrində hərəkət istiqaməti dəyişdirilə bilər
-
Tramp neft qiymətlərinin kəskin ucuzlaşacağını proqnozlaşdırıb
-
Bakıda Azərbaycan-İtaliya biznes-forumunun keçirilməsi planlaşdırılır
-
Ağ Evdə Konqresə aralıq seçkilərində ehtimal olunan məğlubiyyətə hazırlaşırlar













