Meloninin Azərbaycana səfəri Avropaya hansı mesajları verdi?
Cənubi Qafqazın geosiyasi xəritəsində yeni konturlar cızılır.
Bu dəfə həmin xətt Bakıda Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın daha da dərinləşdiyini göstərən mühüm mesajlarla çəkildi.
Far.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Azərbaycana səfəri diplomatik protokol çərçivəsinə sığmayan hadisə idi. Səfərin xüsusi siyasi çəkisi vardı. Çünki Meloni Ermənistandakı proqramını başa vurduqdan dərhal sonra Bakıya gəlib.
Prezident İlham Əliyev də bu detalı xüsusi vurğulayaraq bunu Azərbaycana göstərilən hörmətin və münasibətlərin dərinliyinin göstəricisi kimi qiymətləndirib.
İki ölkə arasında artıq illərdir formalaşan strateji tərəfdaşlıq bu gün yeni mərhələyə qədəm qoyur. Enerji, müdafiə sənayesi, investisiya, təhsil və regional təhlükəsizlik. Bir sözlə, Bakı ilə Romanın gündəliyi kifayət qədər genişdir.
Azərbaycanın İtaliyanın əsas enerji tərəfdaşlarından biri olması münasibətlərin iqtisadi sütununu təşkil edir. Təkcə ötən il tərəflər arasında ticarət dövriyyəsi 12 milyard dollara yaxın olub. Azərbaycan İtaliyanın həm neft, həm də qaz təchizatında ikinci yerdədir.
Prezident İlham Əliyev görüşün əsas istiqamətlərindən birinin enerji əməkdaşlığının genişləndirilməsi olduğunu bildirib.
Bu gün enerji iqtisadi maraq olmaqla yanaşı, həm də geosiyasi alətə çevrilib. Xüsusilə, Avropanın enerji təhlükəsizliyi məsələsinin prioritet olduğu bir dönəmdə Azərbaycanın İtaliya üçün rolu daha da artır.
Meloni də bunu açıq şəkildə etiraf etdi. O bildirdi ki, Ukrayna müharibəsindən sonra Azərbaycanın enerji resursları İtaliyanın enerji təhlükəsizliyində müəyyənedici amilə çevrilib.
Ancaq Bakı-Roma əməkdaşlığı yalnız boru xətləri ilə ölçülmür. Müdafiə sənayesi, aerokosmik texnologiyalar, dəniz təhlükəsizliyi, infrastrukturun qorunması və üçüncü ölkələrdə birgə layihələr gündəliyin yeni istiqamətləridir.
Meloninin Azərbaycanın İranda təhlükə ilə üzləşən İtaliya vətəndaşlarının təxliyəsində göstərdiyi dəstəyə görə Bakıya təşəkkür etməsi isə münasibətlərin yalnız maraqlara deyil, qarşılıqlı etimada söykəndiyini göstərir.
Bəlkə də bu səfərin ən mühüm mesajı budur. Beynəlxalq münasibətlərin tez-tez dəyişən küləkləri fonunda Bakı və Roma sabit istiqamət seçib.
Bu gün Bakıda verilən mesaj aydındır. Azərbaycan-İtaliya münasibətləri, sadəcə, tərəfdaşlıq deyil, bu münasibətlər Avrasiya geosiyasətində uzunmüddətli strateji xəttə çevrilir.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WUF13 zamanı Bakıda geniş nəqliyyat planı tətbiq olunacaq
-
"Tanjug": Azərbaycan dünyada ən çox palçıq vulkanına sahib ölkədir
-
Bakının bəzi küçələrində hərəkət istiqaməti dəyişdirilə bilər
-
Tramp neft qiymətlərinin kəskin ucuzlaşacağını proqnozlaşdırıb
-
Ağ Evdə Konqresə aralıq seçkilərində ehtimal olunan məğlubiyyətə hazırlaşırlar
-
"Tasnim": ABŞ SEPAH katerlərini yox, mülki şəxslərin qayıqlarını atəşə tutub













