Dubravka Handanoviç: Serbiya NIS-ın külək elektrik stansiyası layihəsi ilə maraqlanır
Far.Az xəbər saytı

Dubravka Handanoviç: Serbiya NIS-ın külək elektrik stansiyası layihəsi ilə maraqlanır


Serbiyanın mədənçilik və energetika naziri Dubravka Cedoviç Handanoviç ölkənin nef şirkəti NIS-in baş direktoru Kirill Tyurdenyev ilə xam neft və neft məhsullarının tədarükü, emalı, satışı barədə müzakirələr aparıb.

"Far.Az"un Balkan bürosunun məlumatına görə, nazir bildirib ki, NIS xüsusilə də dünya bazarında baş verən dəyişikliklər fonunda neft məhsulları ilə bağlı təchizat təhlükəsizliyi üçün əsas şirkətdir:

"İranda baş verən hadisələr səbəbindən xam neft qiymətləri üzərində təzyiq yaranıb və son dövrdə qiymətlər artıb. NIS bazarın ən böyük iştirakçısı kimi topdansatış qiymətlərinə təsir göstərir. NIS-in enerji sabitliyi və bazar təhlükəsizliyinin qorunmasına dəstəyini davam etdirməsi vacibdir. Şirkət istifadə etdiyi neftin 20 faizini ölkədaxili mənbələrdən əldə edir və optimal fəaliyyət göstərmək imkanına malikdir".

D.Handanoviç dövlətin NIS-ə məxsus olan vacib enerji infrastrukturunun alınmasına maraqlı olduğunu vurğulayıb: "Biz NIS-in 50 faiz paya sahib olduğu "Plandişte" külək elektrik stansiyasının mümkün satınalınmasını müzakirə etdik. Dövlət bu layihə ilə maraqlanır".

Nazirin sözlərinə görə, may ayında neft emalı zavodunda 326 min ton neft emalı planlaşdırılır ki, bu da demək olar maksimum həddə yaxındır:

"Bu ay üçün müqavilə bağlanmış xam neft tədarükünün həcmi isə təxminən 240 min ton təşkil edir.

NIS ən böyük təchizatçı kimi yanacaqdoldurma məntəqələrinin, o cümlədən yanacağı onlardan alan kiçik yaşayış məntəqələrindəki stansiyaların təminatını qorumağa və neft məhsulları ehtiyatlarını maksimum səviyyəyə çatdırmağa borcludur".

O xatırladıb ki, dövlət yanacaq çatışmazlığının qarşısını almaq və qiymət sabitliyini qorumaq üçün böyük səylər göstərib, ehtiyatlardan 65 min ton dizel ayırıb və aksizləri 25 faiz azaldıb: "Bu isə büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub".

Oxşar xəbərlər

İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılışı keçirilib - ƏLAVƏ OLUNUB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər