Avtomobillərdə kiberhücum riski yaradan əsas boşluq bəlli oldu
Far.Az xəbər saytı

Avtomobillərdə kiberhücum riski yaradan əsas boşluq bəlli oldu


Avtomobillərin multimedia sistemləri və internetə qoşulan tətbiqləri kiberhücumlar üçün ciddi risk mənbəyinə çevrilə bilər. Bu boşluqlar şəxsi məlumatların oğurlanmasına, bəzi hallarda isə digər elektron sistemlərin təhlükəsizliyinin pozulmasına səbəb ola bilər.

Far.Az xəbər verir ki, İsveçin Göteborq və Çalmers universitetlərinin alimləri avtomobil proqram təminatında aşkarlanmış 413 təhlükəsizlik boşluğunu təhlil ediblər.

Araşdırmaya görə, zəifliklərin 36,2 faizi avtomobillərlə əlaqəli xarici tətbiqlərlə bağlıdır. Tədqiqatçılar həmçinin avtomobil proqramlarında istifadə olunan 20 açıq mənbəli layihəni yoxlayaraq 827 zəiflik daşıyan proqram kitabxanası müəyyən ediblər.

Mütəxəssislər bildirirlər ki, multimedia və internetə qoşulan sistemlər avtomobilin əsas idarəetmə komponentlərindən ayrı saxlanılmalıdır. Əks halda, bir sistemdəki təhlükəsizlik boşluğu digər komponentlər üçün də risk yarada bilər.

Alimlər istehsalçılara proqram təminatını mütəmadi yoxlamağı və yeniləməyi tövsiyə edirlər. Avtomobil sahiblərinə isə qoşulmuş hesabların şifrələrini gücləndirmək, tətbiqlərin təhlükəsizliyinə və məkan məlumatlarına çıxış icazələrinə diqqət yetirmək məsləhət görülür.

Araşdırma "Software Quality Journal" nəşrində dərc olunub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər