CNN-in qurucusu Ted Törner vəfat edib
Amerikalı iş adamı, CNN telekanalının qurucusu Ted Törner 87 yaşında vəfat edib.
"Far.Az" xəbər verir ki, bu barədə telekanal Törnerin "Turner Enterprises" şirkətinin relizinə istinadən xəbər verib.
"Ted işinə dərindən bağlı və sədaqətli lider, cəsur, qorxu bilməyən və həmişə öz intuisiyasına və mühakiməsinə etibar etməyə hazır olan bir insan idi. O, CNN-in ilham mənbəyi idi və həmişə belə qalacaq", - CNN Worldwide-ın direktorlar şurasının sədri Mark Tompson bəyan edib.
Qeyd edək ki, Ted Törner 1938-ci il noyabrın 19-da ABŞ-ın Ohayo ştatının Sinsinati şəhərində reklam agentliyinin sahibinin ailəsində anadan olub. 1980-ci ildə o, CNN (Cable News Network) sutkasının 24 saatı yayımlanan informasiya kabel telekanalını yaradıb, onun əsas xüsusiyyəti xəbərlərin operativ ötürülməsi, sonradan isə xəbərlərin real vaxt rejimində yayımlanması olub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Evli iş adamı ilə eşq yaşayan və hazırda ektrasens olan MÜĞƏNNİNİN HEKAYƏSİ
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
40 yaşında parkda donaraq ölən "Yeşilçam" aktyorunun təsirli HƏYAT HEKAYƏSİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabad sakini Aeroport yolundakı dəhşətli qəzada həlak oldu
-
Rubio: ABŞ-nin Hörmüz boğazındakı əməliyyatı müdafiə xarakterlidir
-
Riad Axundzadə: "Azərbaycan son dərəcə yüksək su riskləri olan ölkələr kateqoriyasından çıxıb"
-
Tramp İranla danışıqlarda şəxsən iştirak etdiyini bildirib
-
Bakıda bu küçə təmirlə əlaqədar BAĞLANACAQ
-
ABŞ narkotik qaçaqmalçılığı ilə əlaqəli gəmiyə zərbə endirib, ölənlər var













