Nəvaf Salam: Livan İsraillə əlaqələrin normallaşmasına yox, barışığa can atır
Far.Az xəbər saytı

Nəvaf Salam: Livan İsraillə əlaqələrin normallaşmasına yox, barışığa can atır


Livanın Baş naziri Nəvaf Salam İsraillə danışıqların vacibliyini bildirib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, söhbət münasibətlərin normallaşmasından deyil, sülhün əldə olunmasından gedir.

Hazırkı mərhələdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə mümkün görüşün müzakirə edilməsi tezdir. Bununla belə, Salam həm İsraillə xarici dialoqun, həm də dövlətin səlahiyyətlərinin genişləndirilməsinə yönəlmiş daxili danışıqların vacibliyini qeyd edib.

Livanın hökumət başçısı həmçinin "Hizbullah"ın tərksilah edilməsi planına yenidən baxmaq və onu bərpa etmək niyyətində olduğunu bildirib.

O vurğulayıb ki, atəşkəs rejiminin bərqərar olması İsraillə Vaşinqtonda keçiriləcək istənilən yeni danışıqlar raundunun əsası olmalıdır.

"Minimum tələbimiz İsrail qoşunlarının çıxarılması üçün cədvəldir", - Salam qeyd edib.

Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında aparılan danışıqları şərh edən Salam, Livanın dialoqu müstəqil şəkildə apardığını qeyd edib, lakin bu proseslərin digər diplomatik istiqamətlərlə əlaqəsini istisna etməyib.

Daha əvvəl Livan Prezidenti Cozef Aun bildirib ki, liderlərin görüşünü təşkil etməzdən öncə Livan ilk növbədə təhlükəsizlik məsələlərinə və ölkəyə qarşı İsrail hücumlarının tamamilə dayandırılmasına dair razılaşma əldə etməlidir. Qeyd olunur ki, Beyrut tərəfindən təklif edilən 14 bəndlik memorandum formal olaraq münaqişəyə son qoymalıdır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər