Azərbaycanın 4 aylıq büdcə göstəriciləri açıqlanıb
Far.Az xəbər saytı

Azərbaycanın 4 aylıq büdcə göstəriciləri açıqlanıb


Bu ilin yanvar-aprel aylarında Azərbaycanın xəzinədarlıq orqanları 376,6 mindən çox ödəniş tapşırığı icra edib.

"Far.Az" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 4 ayda icmal büdcənin gəlirləri 16 milyard 2 milyon manat, xərcləri 12 milyard 43,4 milyon manat, o cümlədən dövlət büdcəsinin gəlirləri 13 milyard 564 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 % az, proqnozdan 0,7 % çox), xərcləri 10 milyard 531,1 milyon manat (1 il əvvələ nisbətən 3,9 %, proqnozdan 3,7 % az) təşkil edib.

Son nəticədə icmal büdcədə 3 milyard 958,6 milyon manat, dövlət büdcəsində isə 3 milyard 32,9 milyon manat (illik müqayisədə 1 % çox) profisit olub.

Hesabat dövründə büdcə gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə daxilolmalar 6 milyard 862,5 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 0,9 % az, proqnozdan 1,9 % çox), Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 milyard 32,7 milyon manat (1 il əvvəllə müqayisədə 1,6 % az, proqnozdan 0,3 % çox), İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 18,5 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 25 %, proqnozdan 14,8 % çox), sair daxilolmalar 141,2 milyon manat (1 il əvvələ nisbətən 22,55 % az, proqnozdan 37,3 % çox), Dövlət Neft Fondundan transfert 4 milyard 280 milyon manat (dəyişməyib, proqnoza qarşı 100 %), büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 229,1 milyon manat (illik müqayisədə 14,4 % çox, proqnozdan 25,3 % az) təşkil edib.

Oxşar xəbərlər

Dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı
Azərbaycanın 2 aylıq büdcə göstəriciləri açıqlanıb
Azərbaycanda büdcə qaydası dəyişib
Azərbaycanda büdcə qaydası dəyişir
Azərbaycanın dövlət büdcəsinin yanvardakı gəlirləri və xərcləri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər