Azərbaycanın 2 aylıq büdcə göstəriciləri açıqlanıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın xəzinədarlıq orqanları 147 mindən çox ödəniş tapşırığı icra edib.
"Far.Az" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 2 ayda icmal büdcənin gəlirləri 7 milyard 558,3 milyon manat, xərcləri 5 milyard 338,4 milyon manat, o cümlədən dövlət büdcəsinin gəlirləri 6 milyard 311,5 milyon manat (proqnozdan 0,9 % çox), xərcləri 4 milyard 803,4 milyon manat (proqnozdan 3,3 % az) təşkil edib.
Hesabat dövründə büdcə gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə daxilolmalar 3 milyard 2 milyon manat (proqnozdan 2,7 % çox), Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 983,1 milyon manat (proqnozdan 0,3 % çox), İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 9,8 milyon manat (proqnozdan 10,2 % çox), sair daxilolmalar 63,4 milyon manat (proqnozdan 32,9 % çox), Dövlət Neft Fondundan transfert 2 milyard 140 milyon manat (proqnoza qarşı 100 %), büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 113,2 milyon manat (proqnozdan 26,5 % az) təşkil edib.
Oxşar xəbərlər
Dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Sədərək" ticarət mərkəzindəki yanğın tam söndürülüb
"Sədərək"də baş verən yanğında xəsarət alanların sayı 13 nəfərə çatdı - TƏBİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu
-
ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini vurub
-
"Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib
-
Bu gün Beynəlxalq Gənclər Günüdür
-
Maltada Etna vulkanının kül buluduna görə onlarla aviareys ləğv edilib
-
Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının üçtərəfli görüşü keçirilib













