Goranboyda TOYDA DAVA: 12 yaşlı qıza sataşdı, qardaşını döydü
Far.Az xəbər saytı

Goranboyda TOYDA DAVA: 12 yaşlı qıza sataşdı, qardaşını döydü


Goranboyda toyda dava olub.

Far.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki şadlıq evlərindən birində baş verib.

İttiham aktına görə, 30 yaşlı Daşqın Qəzənfərov (ad və soyad şərtidir) bibisi oğlunun toyunda sərxoş halda çölə çıxıb. Bu zaman toya gələn 12 yaşlı Fidanı (şərti adla) görüb ona yaxınlaşaraq,tanış olmaq və münasibət qurmalarını istəyib. Yeniyetmə qız da Daşqının bu hərəkətini qardaşına bildirib. Qardaşı isə Daşqının yanına gələrək onun sinəsinə təpiklə zərbə vurub. Bundan sonra Daşqın başqa bir bibisi oğlu Arzumanla (şərti adla) birləşərək Fidanın qardaşını çoxsaylı yumruq zərbələri ilə döyüblər.

Polis əməkdaşlarının gördükləri tədbirlər nəticəsində Daşqın və Arzuman saxlanılaraq barələrində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Hər iki təqsirləndirilən şəxs ifadələrində zərərçəkənlə barışdıqlarını və əməllərindən peşman olduqlarını deyərək, barələrində yüngül cəza verilməsini xahiş ediblər. Zərərçəkən şəxs də, həmçinin onlara qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə Daşqın və Arzuman hər biri 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliblər. Onlara, həmçinin gecə saat 23-dən səhər saat 7-dək yaşadıqları evi, cəza müddəti boyunca isə yaşadıqları şəhər və ya rayonu tərk etməmək tapşırılıb.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
"Səbinə" şadlıq sarayının fəaliyyəti dayandırılıb
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Doğulanda atası 40 qoyun kəsdirdi, anası bəzəndi deyə onu döydü - Reanimasiyada olan Fatih Ürek haqqında BİLİNMƏYƏNLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər