İş adamı restorandan çıxarkən GÜLLƏLƏNDİ
Zaqatalada güllələnən 39 yaşlı İsa Bolayevlə bağlı bəzi detallar bəlli olub.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, İ.Bolayev rayon ərazisində sahibkar kimi tanınıb.
O, Zaqatalada restoran sahibi olub.
***09:24
Zaqatalada güllələnmə hadisəsi baş verib.
Far.Az apa-ya istinadən xəbər verir ki, gecə saat 02:00 radələrində rayonun Kebeloba kənd sakini, 1987-ci il təvəllüdlü İsa Məhəmməd oğlu Bolayev güllə yarası ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Müayinə zamanı ona sağ bud sümüyünün deşib-keçən güllə yarası diaqnozu qoyulub. Yaralının vəziyyəti nəzərə alınaraq müalicəsinin davam etdirilməsi üçün Bakıdakı xəstəxanalardan birinə göndərildiyi bildirilir.
İlkin məlumata görə, hadisə rayonun Aşağı Tala kəndi ərazisində yerləşən restoranlardan birinin yaxınlığında baş verib.
Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
39 yaşlı kişi restoranın yaxınlığında güllələndi
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb













