Arsen Venger: "Hər kəs Bakıda keçirilən U-15 dünya çempionatı və festivalına aşiq oldu"
Far.Az xəbər saytı

Arsen Venger: "Hər kəs Bakıda keçirilən U-15 dünya çempionatı və festivalına aşiq oldu"


Hər kəs Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalına aşiq olub.

"Far.Az" xəbər verir ki, bunu FIFA-ya açıqlamasında qurumun Qlobal Futbolun İnkişafı Departamentinin rəhbəri Arsen Venger deyib.

Mütəxəssis yeni formatın matçların dinamikasına müsbət təsir etdiyini diqqətə çatdırıb:

"Hər kəs bu turnirə aşiq oldu və hamı onun dərhal yenidən keçirilməsini istəyir. Meydandakı oyunçu sayının azaldılması fərqləri aradan qaldırmağa kömək edir. Eyni zamanda hər bir matçın intensivliyi və futbolçuların əzmkarlığı çox yüksək səviyyədə idi".

A.Venger yarışın texniki səviyyəsini də yüksək qiymətləndirib:

"Bu format 11-in 11-ə oyunlarda tələb olunan səbri aradan qaldırır, çünki topu qazanan kimi dərhal təhlükəli hücum yaratmaq mümkündür. Bütün bunlar azarkeşlərin diqqətini cəlb edir və oyundan zövq almalarını təmin edir".

Oxşar xəbərlər

Bakıda Arsen Vengerin iştirakı ilə "ustad dərsi" təşkil olunub
FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - Yenilənib
"Lankaran Open 2026" Beynəlxalq Şahmat Festivalına start verilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər