Mahir Emreli baş məşqçiyə görə Almaniya klubundan ayrılır
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Almaniyanın "Kayzerslautern" klubundan ayrılmağa yaxındır.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
İddiaya görə, baş məşqçi Torten Liberknext ilə münasibətləri daha da pisləşən hücumçu artıq 2-ci Bundesliqa klubunda qalmaq istəmir. Onun bu yaxınlarda sosial şəbəkə hesabında etdiyi paylaşım tərəflər arasında gərginliyi bir az da artırıb. Belə ki, Emreli ötən tur "Arminiya" ilə matçdan (2:0) sonra instaqramda paylaşım edərək, "Həqiqət hər zaman üzə çıxır. Davam et" sözlərini yazıb. Futbolçunun bu addımı birmənalı qarşılanmayıb. Bu səbəbdən forvardın mövsümün sonunda komandanı tərk etmək ehtimalı kifayət qədər yüksək qiymətləndirilir.
Qeyd edək ki, Mahir Emreli bu ilin yayında "Keyzerslautern"lə 3 illik müqavilə imzalayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Türkiyə mətbuatı Eldar Mansurovdan yazdı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
-
Prezident və birinci xanım Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər
-
Naxçıvanda xarici valyutada əmanətlər 40 %-dən çox artıb
-
İsrailin Livana hücumları nəticəsində azı 19 nəfər ölüb - YENİLƏNİB
-
ÜST rəhbəri "MV Hondius" sərnişinlərinin təxliyəsinə nəzarət edəcək
-
Bu da oldu… - Gənc qız süni intellekt asılılığına görə müalicəyə başladı













