İlham Əliyev: Nə qədər ki, Ermənistanda Azərbaycana nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq
Nə qədər ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, bir o qədər də biz ayıq olmalıyıq.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev bunu Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə deyib.
"İşğalın fəsadlarını aradan qaldırmaq - bu da çox çətin bir prosesdir. Minalar, torpaqların, demək olar ki, işğalçılar tərəfindən zəhərlənməsi, ekosid. Bax, bu Bəsitçay dünyaca məşhur olan bir qoruq idi. Deyilənə görə, bura dünyada ikinci ən böyük çinar ağaclarının bir yerdə olması və qədim çinar ağaclarının qoruğu idi. Demək olar ki, onun yarısını Ermənistan dövləti məhv edib. Bəzi ağacları yandırıb, bəzilərini də kəsib bazarlarda satıb. Ümumiyyətlə, bizim meşə fondunun 60 min hektarı vəhşi işğalçılar tərəfindən məhv edilmişdir. Onların əsas hissəsi Kəlbəcər, Laçın rayonlarındadır, amma Zəngilanda da var. Həm talançılıq, həm düşmənçilik, qəddarlıq, özü də heç bir əsası olmadan. Azərbaycan xalqı erməni xalqına heç bir pislik etməmişdir. Onların bizə olan nifrətinin səbəblərini yəqin ki, psixiatrlar, psixoloqlar, həkimlər araşdırmalıdırlar. Nə qədər ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, bir o qədər də biz ayıq olmalıyıq", - Prezident vurğulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
-
Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
-
Naxçıvanda xarici valyutada əmanətlər 40 %-dən çox artıb
-
Prezident və birinci xanım Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər
-
İsrailin Livana hücumları nəticəsində azı 19 nəfər ölüb - YENİLƏNİB
-
ÜST rəhbəri "MV Hondius" sərnişinlərinin təxliyəsinə nəzarət edəcək













