Zelenski Trampın xüsusi elçilərinin Kiyevə səfərinin vaxtını açıqlayıb
Far.Az xəbər saytı

Zelenski Trampın xüsusi elçilərinin Kiyevə səfərinin vaxtını açıqlayıb


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentinin xüsusi elçilərinin yazın sonu, yayın əvvəlində ölkəyə səfər edə biləcəklərini deyib.

"Far.Az" xəbər verir ki, bu barədə Zelenski Ukraynanın müdafiə naziri Rüstəm Umerovun mayın 7-də Mayamidə ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə keçirdiyi görüşlər barədə məruzəsinin yekunları üzrə sosial şəbəkələrdə məlumat yayıb və danışıqların məzmunlu olduğunu qeyd edib.

"Biz zəruri səfərlərin qrafikini əlaqələndiririk və ABŞ prezidentinin elçilərinin yazla yayın qovuşağında Kiyevə gəlişini gözləyirik. Ümid edirik ki, bu dəfə planlarımızı həyata keçirməyə və diplomatiyanı fəallaşdırmağa nail olacağıq", - Zelenski qeyd edib.

O əlavə edib ki, Mayamidəki müzakirələr zamanı tərəflər humanitar məsələlərə, o cümlədən hərbi əsirlərin mübadiləsinin davam etdirilməsinə toxunublar.

"Biz təhlükəsizliyə zəmanət verə biləcək razılaşmaların detallarını dəqiqləşdiririk", - Zelenski bildirib.

O, konstruktiv yanaşmanın vacibliyini vurğulayıb və Ukraynanı, həmçinin ABŞ ilə ikitərəfli münasibətləri möhkəmləndirmək yolu ilə sülhə doğru irəliləməyin zəruriliyini qeyd edib.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər