Dövlət Xidmətində Ümummilli Lider Heydər Əliyevə həsr edilən silsilə tədbirlər təşkil olunub
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
BAKU.WS xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin büstü önünə əklil qoyaraq, əziz xatirəsinə ehtiramlarını nümayiş etdiriblər. Agentliyin inzibati binasında dahi rəhbərin zəngin dövlətçilik irsini, genişmiqyaslı siyasi və ictimai fəaliyyətini əks etdirən xüsusi stendlərlə tanışlıq keçirilib.
Tədbirin rəsmi hissəsinin başlanğıcında ulu öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər ulu öndərin dövlət müstəqilliyimizin qorunması, Azərbaycanda dövlətçilik ənənələrinin formalaşdırılması və möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərqərar edilməsi, ordu quruculuğu, iqtisadi inkişafın təmin olunması və digər istiqamətlərdə misilsiz və əvəzolunmaz xidmətlər göstərdiyini vurğulayıblar.
Qeyd olunub ki, ulu öndərin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar və təməli qoyulan "Əsrin müqaviləsi" kimi qlobal layihələr Azərbaycanın bugünkü dinamik inkişafının əsasını təşkil edir. Tədbir çərçivəsində "Ümummilli Lider Heydər Əliyevin enerji strategiyası" və "Heydər Əliyev - sabitliyə gedən yol" mövzularında məruzələr dinlənilib. Sonda dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən "İz" sənədli filmi nümayiş olunub.
Qalereya
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
-
Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
-
Naxçıvanda xarici valyutada əmanətlər 40 %-dən çox artıb
-
Prezident və birinci xanım Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər
-
İsrailin Livana hücumları nəticəsində azı 19 nəfər ölüb - YENİLƏNİB
-
ÜST rəhbəri "MV Hondius" sərnişinlərinin təxliyəsinə nəzarət edəcək













