Qəzalı vəziyyətdəki işıq dirəyi təhlükə saçır
Far.Az xəbər saytı

Qəzalı vəziyyətdəki işıq dirəyi təhlükə saçır


Xətai rayonu, Kazımağa Kərimov küçəsində təxminən bir ay əvvəl baş verən avtomobil qəzası nəticəsində işıq dirəyinə ciddi ziyan dəyib və nəticədə bir neçə evə gedən elektrik xətti qəzalı vəziyyətə düşüb.

Sakinlər Baku TV-yə bildiriblər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, şikayətlərinə cavab verən olmayıb.

"Kabel xətləri qaz borusunun üstündən sallanır. Qısaqapanma baş versə, hər tərəf yanacaq", - deyə sakin narazılığını dilə gətirib.

Məsələ ilə bağlı "Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, vətəndaşlar tərəfindən onların qaynar xəttinə hər hansı müraciət daxil olmayıb. Qəzadan xəbər tutan kimi dərhal əraziyə əməkdaşlar göndərilib, vətəndaşları narahat edən problem yerindəcə aradan qaldırılıb.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Paytaxtda sakinlər üçün təhlükə mənbəyi olan ÜNVANLAR - "Qorxu içində gəzirik"
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər