Azərbaycanı qlobal gücə çevirən strategiya
Far.Az xəbər saytı

Azərbaycanı qlobal gücə çevirən strategiya


Azərbaycanın müasir iqtisadi qüdrəti və qlobal enerji bazarında etibarlı tərəfdaş imici ardıcıl həyata keçirilən neft siyasətinin nəticəsidir. Bu inkişaf yolunun əsas memarı olan Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının təməli təkcə müstəqillik illərində deyil, hələ 1969-cu ildən - Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdən qoyulub. Sovet hakimiyyəti illərində neft sənayesinin modernləşdirilməsi, Xəzər dənizində yeni zəngin yataqların kəşfi və nəhəng infrastruktur layihələrinin icrası ilə yaradılan möhkəm baza, 1990-cı illərin əvvəllərindəki ağır siyasi-iqtisadi böhran zamanı gənc respublikanın xilas nöqtəsinə çevrildi. Məhz bu tarixi zəmin üzərində, Heydər Əliyevin siyasi iradəsi ilə işlənib hazırlanan yeni neft strategiyası və 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanı iqtisadi tənəzzüldən çıxararaq davamlı inkişaf yoluna çıxardı.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Azərbaycanı qlobal gücə çevirən strategiya

Onun uzaqgörən siyasəti sayəsində...

Milli Məclisin deputatı Aydın Hüseynovun sözlərinə görə, Azərbaycanın müasir neft strategiyasının hazırlanmasında Ümummilli Lider Heydər Əliyevin tarixi rolu danılmazdır: "Məhz onun uzaqgörən siyasəti sayəsində ölkəmiz təbii sərvətlərini sırf milli maraqlar çərçivəsində idarə etməyə müvəffəq oldu və qlobal enerji bazarında özünü etibarlı tərəfdaş kimi təsdiqlədi. 1990-cı illərin mürəkkəb siyasi-iqtisadi burulğanında qəbul edilən həlledici qərarlar bu gün respublikamızın iqtisadi müstəqilliyinin sarsılmaz təməlini təşkil edir. Heydər Əliyevin müəllifi olduğu neft strategiyası sadəcə enerji sektorunun inkişafına deyil, bütövlükdə dövlətçiliyimizin qüdrətlənməsinə və milli təhlükəsizliyimizin təmininə xidmət etdi".

Bu strateji xəttin ən mühüm dönüş nöqtəsi 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması oldu. Tarixi saziş Azərbaycanı beynəlxalq enerji xəritəsinə çıxarmaqla yanaşı, ölkəyə irihəcmli xarici investisiya axınını və innovativ texnologiyaların tətbiqini şərtləndirdi:

Azərbaycanı qlobal gücə çevirən strategiya

"Nəticə etibarilə, minlərlə yeni iş yeri yaradıldı, ölkə infrastrukturu əsaslı şəkildə yeniləndi və dövlət büdcəsinin gəlirləri artdı. Prosesin məntiqi davamı olaraq Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri kimi meqalayihənin reallaşdırılması Azərbaycanın enerji strategiyasının mütləq zəfəri kimi qiymətləndirilir. BTC ölkə neftinin dünya bazarlarına təhlükəsiz, alternativ və fasiləsiz marşrutla nəqlini təmin edərək respublikamızın geosiyasi çəkisini artırdı və regional əməkdaşlığın yeni formatını yaratdı".

Azərbaycanı qlobal gücə çevirən strategiya

"İlham Əliyevin rəhbərliyi altında strategiya daha da şaxələndirilib"

Deputatın fikrincə, müasir dövrdə həyata keçirilən enerji siyasəti də məhz bu təməl strateji kursa istinad edir: "Prezident İlham Əliyevin rəhbərliyi altında bu strategiya daha da şaxələndirilib və yeni qlobal layihələrlə zənginləşdirilib. Xüsusilə Cənub Qaz Dəhlizi kimi geostrateji layihənin reallaşdırılması Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevirib. Paralel olaraq, hazırda yaşıl enerji - bərpa olunan enerji mənbələri istiqamətində atılan qətiyyətli addımlar ölkəmizin enerji siyasətini tamamilə yeni və mütərəqqi bir mərhələyə yüksəldir. Ümummilli Liderin təməlini qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət təkcə Azərbaycanın davamlı iqtisadi inkişafını təmin etmir, həm də dövlətimizin beynəlxalq nüfuzunu gücləndirərək gələcək nəsillər üçün rifah və təhlükəsizlik qarantına çevrilir".

Azərbaycanı qlobal gücə çevirən strategiya

"Dinamik inkişaf mərhələsinə keçidə zəmin yaratdı"

Millət vəkili Vüqar Bayramov bildirdi ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə əldə etdiyi tarixi uğurlarının banisidir: "Onun hakimiyyətə yenidən qayıdışı iqtisadiyyatın bütün sektorlarını əhatə edən dərin tənəzzülün aradan qaldırılmasına, qısa müddətdə makroiqtisadi sabitliyin təmin olunmasına və dinamik inkişaf mərhələsinə keçidə zəmin yaratdı. Həyata keçirilən təxirəsalınmaz islahatlar və məqsədyönlü tədbirlər sayəsində iqtisadi böhranın qarşısı alındı, ölkənin gələcək inkişafının təməli qoyuldu. Bu inkişaf yolunda "Əsrin müqaviləsi" və ümumilikdə yeni neft strategiyası müstəsna əhəmiyyət kəsb edir. 1994-cü ildə ölkədəki vəziyyət kifayət qədər mürəkkəb idi. 1992-1993-cü illərdəki səriştəsiz idarəetmə nəticəsində iqtisadiyyat demək olar ki, iflic vəziyyətinə düşmüşdü. Lakin qətiyyətli idarəetmə nəticəsində 1995-ci ildən etibarən iqtisadiyyatda sabitlik bərqərar oldu. Xarici təzyiqlərin və daxili sabitliyi pozmağa yönəlmiş qruplaşmaların mövcud olduğu son dərəcə ağır bir şəraitdə imzalanan "Əsrin müqaviləsi"ndə Azərbaycanın dövlət maraqları tam təmin edildi".

Azərbaycanı qlobal gücə çevirən strategiya

Davamlı və inklüziv inkişafın bünövrəsi qoyuldu

V.Bayramovun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin müstəsna rolu xüsusi vurğulanmalıdır. Açıq dənizlərə birbaşa çıxışı olmayan Azərbaycan üçün enerji resurslarının dünya bazarlarına nəqli ən həlledici məsələlərdən biri idi: "Heydər Əliyevin siyasi iradəsi sayəsində reallığa çevrilən BTC bu gün təkcə ölkəmizin iqtisadi maraqlarını təmin etmir, həm də Avropanın enerji təhlükəsizliyi arxitekturasında xüsusi çəkiyə malikdir və hələ uzun illər regionun enerji xəritəsindəki strateji mövqeyini qoruyacaq. Məhz bu səbəbdən müasir dövrdə həyata keçirilən dövlət siyasəti Ümummilli Liderin müəyyənləşdirdiyi strateji kursun məntiqi davamı kimi qiymətləndirilməlidir. Uzaqgörən neft strategiyası iqtisadi və dayanıqlı inkişafın hərəkətverici qüvvəsinə çevrilib. Sonrakı illərdə neft satışından əldə edilən gəlirlərin məqsədyönlü idarə olunması qeyri-neft sektorunun tərəqqisinə və ölkə miqyasında müasir infrastrukturun qurulmasına geniş imkanlar açdı. Bu gün Azərbaycan iqtisadiyyatında nümayiş etdirilən dayanıqlılıq məhz bu strategiyanın uğurla reallaşmasının nəticəsidir".

Oxşar xəbərlər

Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər