ÜST "MV Hondius" gəmisindən təxliyə olunanlar üçün 42 günlük karantin tövsiyə edib
Far.Az xəbər saytı

ÜST "MV Hondius" gəmisindən təxliyə olunanlar üçün 42 günlük karantin tövsiyə edib


Andes ştamı hantavirusunun yayıldığı "MV Hondius" gəmisindən təxliyə edilən sərnişinlərə 42 günlük karantin tövsiyə olunub.

"Report"un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.

"Tövsiyələrimiz aydındır: 10 maydan etibarən 42 gün aktiv müşahidə, 42 gün karantin və bu karantin ya xüsusi müəssisədə, ya da evdə tamamlana bilər", - o, Kanar adalarına gələn gəmidən sərnişinlərin təxliyəsinin ilk günündən sonra keçirilən brifinqdə bildirib.

ÜST rəhbəri vurğulayıb ki, təşkilat tövsiyələr verir, lakin onları üzv dövlətlərə tətbiq etmir.

O, əlavə edib ki, ölkələr qərarları öz milli protokollarına və risk qiymətləndirmələrinə əsasən qəbul edirlər.

Oxşar xəbərlər

Məktəbin ilk günündən FOTOLAR
F1: Azərbaycan Qran-prisinin ilk günündən - FOTOREPORTAJ
ÜST rəhbəri gəmidə hantavirusa kütləvi yoluxma səbəbindən Kanar adalarına gedəcək
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər