Bəzi xarici aktorlar Cənubi Qafqazda sülh prosesinə zərbə vururlar - RƏY
Bəzi xarici aktorlar Cənubi Qafqazda sülh prosesində zərbə vururlar.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Fariz İsmayılzadə deyib.
O qeyd edib ki, Azərbaycan hər zaman regionda Ermənistanla sülh və əminamanlıq əlaqələrin tərəfdarı olub:
"Təəssüf edirik ki, Ermənistan həm işğal dövründə, həm indiki dövrdə kifayət qədər qeyri-konstruksiv siyasət aparır. Hər zaman qlobal güclərlə, ya Rusiya, ya Avropa İttifaqında olan bəzi güclərlə əlbir olaraq Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Həmçinin müəyyən intriqalar, oyunlar aparır. Yəni bu sülh prosesini kökündən silkələyir, vurur və gələcəkdə də yeni böhranların, müharibələrin zəminini yaradır".
Fariz İsmayılzadə deyib ki, bəzi ölkələrlə Ermənistan diasporası arasında güclü əlaqələr var:
"Bu səbəbdən parlament prizmasından, müəyyən platformalardan bizə qarşı hücumlar olur. Digər tərəfdən isə Ermənistana silah, iqtisadi, humanitar dəstək var. Yəni, bu xarici aktorlar, xüsusilə də Avropa İttifaqının bəzi dövlətləri Ermənistana dəstək olurlar".
Deputat hesab edir ki, bununla sözügedən dövlətlər uzunmüddətli perspektivdə Cənubi Qafqazda sülh prosesinə zərbə vururlar.
Qeyd edək ki, Prezident İlham Əliyev mayın 10-da Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə bildirib ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, o zaman Ermənistan xalqının başı dərddə olacaq.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ Çinlə nadir torpaq metalları müqaviləsini qüvvədə olduğunu hesab edir
-
Netanyahu: İranla müharibə hələ bitməyib
-
İran ABŞ-nin nizamlama təklifinə cavab kimi Livanda atəşkəslə bağlı şərt qoyub
-
Kərkicahan sakini: Xankəndidə WUF13-ün keçirilməsini qürurla qeyd edirik
-
Ağ Ev: Trampla birlikdə Çinə iri biznes nümayəndə heyəti gedəcək
-
Prezidentin Zəngilan sakinləri ilə səmimi anları













