"Xalq Sığorta" I rübün maliyyə nəticələrini açıqlayıb
"Xalq Sığorta" ASC bu ilin I rübünü 1,483 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət ötən ilin eyni dövündən 559 min manat mənfəətlə çıxmışdı.
"Far.Az" xəbər verir ki, yanvar-mart aylarında "Xalq Sığorta"nın gəlirləri 7,804 milyon manat (əvvəlki ilə nisbətən 37,6% çox), xərcləri 5,936 milyon manat (16,1 % çox), mənfəət vergisi ödəmələri isə 385 min manat (1 il bundan əvvəl mənfəət vergisi ödəməyib) təşkil edib.
Bu il aprelin 1-nə "Xalq Sığorta"nın aktivləri 95,794 milyon manat olub ki, bu da illik müqayisədə 3,9 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 5,5 % azalaraq 30,457 milyon manata düşüb, balans kapitalı isə 9,25 % artaraq 65,336 milyon manata çatıb.
Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58,75 milyon manatdır. Şirkətin səhmlərinin 50 %-i "İdeal Business Co." MMC-yə, 50 %-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik səhmdarı) məxsusdur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
AZAL-ın xalis mənfəəti 86 %-ə yaxın artıb
"Atəşgah Həyat Sığorta" I rübün maliyyə nəticələrini açıqlayıb
"İpək Yolu Sığorta" I rübün maliyyə nəticələrini açıqlayıb
"Meqa Sığorta"nın xalis mənfəəti 9 dəfədən çox azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib













