Azərbaycana xəstə heyvanların gətirilməsinin qarşısı alındı
Far.Az xəbər saytı

Azərbaycana xəstə heyvanların gətirilməsinin qarşısı alındı


Zoonoz xəstəlik şübhəsi olan heyvanların Gürcüstandan Azərbaycana idxalının qarşısını alıb.

Bu barədə BAKU.WS-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, mayın 12-də Gürcüstanın "Universal Business Company" şirkətindən idxal olunması nəzərdə tutulan ümumilikdə 134 baş kəsim üçün gətirilmiş diri iribuynuzlu heyvan "Qırmızı Körpü" Qida təhlükəsizliyi nəzarəti məntəqəsində qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun olaraq kliniki müayinədən keçirilib.

Aparılan kliniki baxış zamanı iki baş heyvanda şübhəli əlamətlər aşkarlanıb. Belə ki, heyvanlarda ümumi vəziyyətin zəifləməsi, davamlı müvazinət pozuntuları və temperaturunun normadan yüksək olması (40,5 və 40°C) müəyyən edilib.

Qeyd olunan kliniki əlamətlər heyvanlarda yoluxucu və ya digər xəstəliklərin əlamətidir ki, bu hal təhlükəsizlik baxımından riskli hesab olunur.

Mövcud riskləri nəzərə alaraq heyvanların ölkə ərazisinə idxalına icazə verilməyib və bütövlükdə, yük partiyası geri qaytarılıb.

Xatırladaq ki, AQTA tərəfindən cari ilin 5 may tarixində də zoonoz xəstəliklərə şübhəli heyvanların ölkəyə idxalının qarşısını alınıb. Agentlik Gürcüstandan diri heyvan idxalı ilə məşğul olan şirkətlərə xəbərdarlıq edir ki, idxal zamanı mövcud prosedurları həyata keçirsinlər. Əks təqdirdə həmin şirkətlər barəsində qanunvericiliklə nəzərdə tutulan tədbirlər görülərək idxala məhdudiyyətlər tətbiq ediləcək.

Oxşar xəbərlər

Gürcüstandan Azərbaycana gətirilən heyvanlarda zoonoz xəstəlik aşkarlanıb
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanmış dairəvi xalçanın kəsim mərasimində iştirak edib
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər