"Al Jazeera": İran uranı ölkədən çıxarmaqdan imtina edib
Far.Az xəbər saytı

"Al Jazeera": İran uranı ölkədən çıxarmaqdan imtina edib


İran zənginləşdirilmiş uranın ölkə xaricinə çıxarma ehtimalını istisna edib və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarəti altında zənginləşdirmə səviyyəsini müstəqil şəkildə azaltmağa hazır olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" mənbələrə istinadən məlumat yayıb.

İran hökumət strukturlarındakı mənbəyə görə, ABŞ uranın zənginləşdirilməsinin mərhələli şəkildə dayandırılması üçün 20 illik müddət tələb edib, lakin Tehran bu şərti rədd edib.

İran uranın zənginləşdirilməsi səviyyəsini müstəqil şəkildə azaltmaq istədiyini açıqlayıb. Eyni mənbəyə görə, Vaşinqton İranın yüksək dərəcədə zənginləşdirilmiş uranın Rusiyaya təhvil verilməsi ideyasını rədd edib və mümkün alıcı kimi üçüncü bir ölkəni təklif edib.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər