BP Özbəkistanda Şimali Üstyurd üzrə Hasilatın Pay Bölgüsü Sazişinə qoşulub
BP bu gün Özbəkistanın Şimali Üstyurd regionundakı altı blok üzrə hasilatın pay bölgüsü sazişinə (HPBS) qoşulub.
Bu barədə "Report"a "BP-Azerbaijan" şirkətindən məlumat verilib.
Bildirilib ki, saziş "Boyterak", "Terengquduq", "Birqori", "Xaroy", "Qoraqalpoq" və "Qulboy" bloklarını əhatə edir.
Sazişlər Daşkənddə keçirilən "Özbəkistan Neft-Qaz Konfransı 2026" çərçivəsində Özbəkistanın energetika naziri Jurabek Mirzəmahmudov, "Uzbekneftegaz" SC-nin İdarə Heyətinin sədri Abduqani Sanginov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli tərəfindən imzalanıb.
Özbəkistan energetika naziri Jurabek Mirzəmahmudov bildirib ki, bu layihənin həyata keçirilməsi ölkələrimizin rəhbərliyinin güclü siyasi iradəsi və hərtərəfli dəstəyi sayəsində mümkün olub və bu səylər qlobal investorlar üçün ən açıq və şəffaf şəraitin yaradılmasına yönəlib: "BP-nin Üstyurd regionunda hasilatın pay bölgüsü sazişinə qoşulması sadəcə bir kommersiya razılaşması deyil, bu, beynəlxalq investorların Özbəkistanda aparılan islahatlara və enerji sektorunun inkişafına yönəlmiş strateji kursumuza olan inamının birbaşa göstəricisidir."
SOCAR-ın prezidenti Rövşən Nəcəf qeyd edib ki, Azərbaycan ilə Özbəkistan arasında enerji sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verəcək bu layihə qardaş ölkələrimizin qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli strateji hədəflərə əsaslanan münasibətlərinin bariz təzahürüdür: "Uzun illər ərzində SOCAR ilə sıx və səmərəli tərəfdaşlıq münasibətlərinə malik bp-nin bu layihəyə qoşulması birgə səmərəli fəaliyyətin təmin olunmasına geniş imkanlar açacaq. İnanırıq ki, SOCAR-ın və BP-nin enerji sektorundakı zəngin təcrübəsi, eləcə də "Uzbekneftegaz"ın imkanları və səyləri layihənin uğurla icrasına, həmçinin regionun enerji potensialının inkişafına mühüm töhfə verəcək."
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib ki, "Uzbekneftegaz" və uzunmüddətli tərəfdaşımız olan SOCAR ilə yanaşı Özbəkistandakı ilk layihəyə qoşulmaqdan çox məmnundurlar: "Özbəkistanın böyük resurs potensialına malik olduğuna inanırıq və bu layihəyə qoşulmağımızı ölkənin neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsinə dəstək olaraq region üçün uzunmüddətli faydalar gətirmək imkanı kimi dəyənləndiririk. Bu HPBS-yə qoşulmağımız eyni zamanda BP-nin uzunmüddətli artımına dəstək olaraq şirkətin öz geoloji kəşfiyyat portfelini daha da genişləndirdiyini göstərir."
"Uzbekneftegaz" SC-nin İdarə Heyətinin sədri Abduqani Sanginov isə qeyd edib ki, BP kimi qlobal bir iştirakçının Şimali Üstyurd bloklarında geoloji kəşfiyyat işlərinə qoşulması Özbəkistanın enerji sektorunun investisiyalar üçün çox cəlbedici olduğunu təsdiqləyir: "Əminik ki, bizim təcrübəmizin BP və SOCAR-ın qabaqcıl texnologiyaları, bilik və səriştələri ilə birləşməsi regionun resurs potensialının maksimum səmərəliliklə açılmasına imkan verəcək."
BP sazişin mövcud tərəfdaşlarının - SOCAR və "Uzbekneftegaz" SC, hər birindən 20% iştirak payı almaqla bu HPBS-yə ümumilikdə 40 % payla qoşulub. BP-nin qoşulmasından sonra HPBS-də iştirak payları belədir: BP – 40%, "Uzbekneftegaz" SC – 30 % və SOCAR (operator) – 30 %.
HPBS ilkin olaraq 24 iyul 2025-ci il tarixində SOCAR, "Uzbekneftegaz" SC və Özbəkistanın Energetika Nazirliyi arasında imzalanmışdı. Hazırda layihə SOCAR-ın operator olaraq həyata keçirdiyi seysmik tədqiqat işləri ilə öz ilkin mərhələsindədir.
Oxşar xəbərlər
SOCAR "Uzbekneftegaz"ın əməkdaşları üçün təcrübə proqramları təşkil edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Özbəkistan və Azərbaycan "Üstyurd" layihəsi üzrə əməliyyat şirkəti yaradıblar
Rövşən Nəcəf bir sıra xarici şirkətlə əməkdaşlıq imkanlarını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Futbolçuda xərçəng aşkarlandı - Həkim xəstəliyi "Xəyanətkar" adlandırdı
-
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
-
Metroda YENİLİK! Boş vaqonları öncədən GÖRƏCƏKSİNİZ
-
"Real"ın prezidenti vəzifəsinə növbədənkənar seçkilər keçiriləcək
-
Sumqayıtda keçirilən WUF13 Festivalının ictimai proqramına altı mindən çox sakin qatılıb - YENİLƏNİB
-
Diplomatik xidmət orqanı əməkdaşlarının pul mükafatı ləğv olunur













