İlham Əliyev və Rixard Raşi Bakıda Slovakiya biznesi üçün yeni imkanları müzakirə ediblər
Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya parlamentinin sədri Rixard Raşi Bakıda keçirilən görüş zamanı yerli bazarda Slovakiya biznesi üçün yeni imkanları müzakirə ediblər.
Far.Az xəbər verir ki, bu barədə Rixard Raşi "Facebook"da məlumat yayıb.
Raşi qeyd edib ki, Azərbaycan Prezidentinin 2025-ci ilin dekabrında Slovakiyaya ilk rəsmi səfərindən sonra İlham Əliyevlə yenidən görüşmək onun üçün şərəf olub.
Sədrin sözlərinə görə, Bakıda keçirilən görüş zamanı tərəflər Slovakiya və Azərbaycan arasında strateji tərəfdaşlığın gələcək inkişafını müzakirə ediblər.
"Biz enerji təhlükəsizliyi, Slovakiya investisiyalarının dəstəklənməsi, eləcə də Azərbaycanda Slovakiya şirkətləri üçün yeni imkanlar barədə danışdıq", - Raşi yazıb.
O həmçinin bildirib ki, danışıqların mövzularından biri həyata keçirilməsində Slovakiya ekspertlərinin iştirak etdiyi Qarabağdakı "ağıllı kənd" layihəsi olub. Raşi Slovakiya şirkətlərinin ölkədən kənarda müasir layihələr həyata keçirmək bacarığı nümayiş etdirməsindən məmnunluğunu ifadə edib.
Oxşar xəbərlər
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Birmarket ticarətçilərlə birgə ölkədə biznesi irəli aparır
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı
-
Bakıda məktəbin qarşısında 18 yaşlı gənc öldürüldü: Saxlanılan var
-
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB
-
Taliban: Əfqanıstanda sülh bərqərar olub, ölkə dünya ticarətinin tranzit mərkəzinə çevrilə bilər
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar













