“Mingəçevir Reqatası-2024” öncəsi Füzulidə yerli sakinlərlə görüş baş tutub
Far.Az xəbər saytı

“Mingəçevir Reqatası-2024” öncəsi Füzulidə yerli sakinlərlə görüş baş tutub


Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) 12 ölkədən 100-dək avarçəkənin iştirakı ilə Qarabağda - ilk dəfə Füzulidə təşkil olunacaq beynəlxalq “Mingəçevir Reqatası-2024” öncəsi Füzulidə yeni salınan şəhərcikdə yerli sakinlərlə görüş keçirib.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşının verdiyi məlumata görə, tədbir zamanı xüsusi ayrılmış ərazidə federasiyanın son illərdəki fəaliyyəti və “Mingəçevir Reqatası” haqqında sakinlərə məlumat verilib.

Qeyd olunub ki, AKAF buna qədər işğaldan azad olunmuş ərazilərimizdən Suqovuşanda “Prezident Kuboku” və “Mingəçevir Reqatası” kimi beynəlxalq yarışlar keçirib. Federasiya daha bir ilkə imza ataraq “Mingəçevir Reqatası-2024”ün açılış mərasimini Füzulinin işğaldan azad olunması günündə, oktyabrın 17-də Aşağı Köndələnçay su anbarında təşkil edəcək. Yaxın gələcəkdə su anbarında avarçəkmə məşqlərinin keçirilməsi üçün də şərait yaradılacaq.

Tədbir zamanı “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimindən sonra Aşağı Köndələnçay su anbarında avarçəkmə idman növündə özünü sınamaq istəyən yeniyetmə və gənclər arasında qeydiyyat aparılıb. Görüş yerli sakinlər tərəfindən böyük maraqla qarşılanıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Vətən müharibəsinin başlamasından 4 il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər