Azərbaycan karateçiləri Gürcüstanda keçirilən Avropa çempionatında 6 medal qazanıblar
Azərbaycanın fullkontakt şinkyokuşin üslubu üzrə karate millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatını 6 medalla başa vurub.
Azərbaycan Karate Federasiyasından (AKF) "Report"a verilən məlumata görə, qitə birinciliyində AKF-nin vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında 24 idmançı (13 böyüklər və 11 gənclər), 5 hakim və 6 məşqçi ilə yer alıb.
Yarışın nəticələrinə əsasən, böyüklər arasında Əliqismət Həsənov (70 kq) gümüş medal qazanıb. Səlahət Həsənov (80 kq) və Solmaz Zeynallı (59 kq) isə bürünc medala sahib olublar.
Gənclər arasında Zamin Fərəcov (75 kq) Avropa çempionu olub. Nihat İmanov (65 kq) və Elmir Cəbrayılov (75 kq) isə gümüş mükafata yiyələniblər.
Oxşar xəbərlər
Azərbaycan boksçuları Avropa çempionatını 8 medalla başa vurub
Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurub
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Azərbaycan uşuçuları Avropa çempionatında 15 medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib













