Qazaxıstanlı politoloq: Azərbaycan Türk dövlətləri arasında inteqrasiyanın əsas hərəkətverici qüvvəsidir
Far.Az xəbər saytı

Qazaxıstanlı politoloq: Azərbaycan Türk dövlətləri arasında inteqrasiyanın əsas hərəkətverici qüvvəsidir


Azərbaycan bu gün Türk dünyasında inteqrasiya proseslərinin əsas təşəbbüskarlarından biridir.

Bu barədə "Far.Az"un Qazaxıstan bürosuna müsahibəsində qazaxıstanlı politoloq Aman Manbetaliyev Türk Dövlətləri Təşkilatının (TDT) mayın 15-nə planlaşdırılan qeyri-rəsmi sammitini şərh edərkən bildirib.

Onun sözlərinə görə, tarixi proseslərə və sovet dövrünə baxmayaraq, türk məkanı daxilində mədəni və inteqrasiya əlaqələri qorunub saxlanılıb.

"Dövlət və dövlətlərarası səviyyədə bu cür münasibətlər SSRİ-in dağılmasından və türk dövlətlərinin müstəqilliyinin bərpasından sonra daha geniş inkişaf edib", - Manbetaliyev deyib.

Onun sözlərinə görə, məhz Azərbaycan və Qazaxıstan inteqrasiya proseslərinin əsas hərəkətverici qüvvələrinə çevriliblər.

"Özü də təkcə geosiyasət, təhlükəsizlik, iqtisadiyyat məsələlərində yox, həm də mədəni, elmi, ekoloji istiqamətlərdə", - politoloq bildirib.

O qeyd edib ki, inteqrasiyanın yeni mərhələsi İlham Əliyevin və Kasım-Jomart Tokayevin prezidentliyi dövründə başlayıb.

"Bu gün TDT çərçivəsində bütün inteqrasiya prosesləri növbəti, daha yüksək səviyyəyə keçib", - Manbetaliyev əlavə edib.

Politoloq həmçinin TDT çərçivəsində iqtisadi əməkdaşlığın inkişafına da diqqət yetirib.

"Biz Yenidənqurma və İnkişaf Bankının, investisiya fondunun yaradılması ilə bağlı planları görürük, əmtəə dövriyyəsi hər il artır", - o bildirib.

Manbetaliyevin sözlərinə görə, Qazaxıstan və Azərbaycan liderlərinin şəxsi təmasları münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır.

"Hər iki Prezident tez-tez qarşılıqlı səfərlər həyata keçirir, müxtəlif beynəlxalq platformalarda bir-birini dəstəkləyirlər. Özü də iş adamları və alimlərlə birlikdə gəlirlər. Bu, iqtisadi və mədəni əlaqələri möhkəmləndirir", - o deyib.

Politoloq hesab edir ki, bu cür şəxsi münasibətlər həm də, Qazaxıstanın Azərbaycanın Qarabağ bölgəsinin bərpasında iştirakına kömək edir.

"Bu, dövlət liderləri arasında çox yaxın, səmimi və etibarlı münasibətlərin olduğunu göstərir. Bu, türk xalqları arasında inteqrasiya proseslərinin gücləndirilməsi üçün böyük bir təməldir", - Manbetaliyev vurğulayıb.

Oxşar xəbərlər

Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər