Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir
Şirkət 2025-ci ildə müştəri təcrübəsinin inkişafı, innovativ texnologiyaların tətbiqi və strateji tərəfdaşlıqların genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirərək Azərbaycanın rəqəmsal transformasiyasında mövqeyini möhkəmləndirib
Rəqəmsal transformasiya strategiyasını ardıcıl şəkildə həyata keçirən "Azercell Telekom" MMC 2025-ci ildə müştəri təcrübəsinin təkmilləşdirilməsi, innovativ texnologiyaların tətbiqi və korporativ tərəfdaşlıqların genişləndirilməsi istiqamətlərində fəaliyyətini uğurla davam etdirib.
Şirkət fərdi istifadəçilər, korporativ müştərilər və dövlət qurumları üçün etibarlı rəqəmsal tərəfdaş rolunu daha da möhkəmləndirib. İstifadəçi təcrübəsinin təkmilləşdirilməsi və xidmətlərdən istifadənin daha rahat və əlçatan olması şirkətin əsas prioritetlərindən biri olmağa davam edib.
Bu məqsədlə Azercell abunəçilərin rəqəmsal tələbatlarını daha çevik və fərdiləşdirilmiş şəkildə qarşılamaq məqsədilə "DigiMax" tarif paketini təqdim edib. Bu həll mobil internet, səsli rabitə və mesajlaşma xidmətlərini vahid paketdə birləşdirərək istifadəçilərə daha çevik və fərdiləşdirilmiş xidmət təcrübəsi təqdim edib.
"Müştəri xidmətlərinin rəqəmsallaşdırılması sahəsində həyata keçirilən mühüm təşəbbüslərdən biri "SİMA İmza" rəqəmsal imza platformasının istifadəyə verilməsi olub. Bu texnologiyanı ölkədə tətbiq edən ilk mobil operator olaraq Azercell yeni nömrələrin aktivləşdirilməsi və əksər əməliyyatların tam elektron formatda həyata keçirilməsini təmin edib. Bu yanaşma xidmət müddətini əhəmiyyətli dərəcədə azaldır, müştəri rahatlığını artırır və kağız istifadəsinin azalması ilə ekoloji təsirin minimuma endirilməsinə töhfə verir.
Eyni zamanda, şirkət mobil balansın gündəlik həyatda istifadə imkanlarını genişləndirib. "Wingz" MMC ilə əməkdaşlıq çərçivəsində abunəçilərə skuter icarəsi xidmətinin ödənişini birbaşa mobil balans vasitəsilə həyata keçirmək imkanı yaradılıb ki, bu da şəhərdaxili mobillikdə müasir və ekoloji yanaşmanı təşviq edir.
Dövlət təşəbbüslərinin dəstəklənməsi istiqamətində həyata keçirilən layihələrə xüsusi diqqət ayrılıb. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində hərbi qulluqçular üçün xüsusi rabitə həllərinin inkişafını nəzərdə tutan memorandum imzalanıb. Bu çərçivədə təqdim edilən "Əsgərcell" təklifi xidmət dövründə əsgərlərin yaxınları ilə etibarlı və təhlükəsiz əlaqəsini təmin edəcək.
Korporativ sektorda "Azercell Biznes" rəqəmsal biznes mühitinin tələblərinə cavab verən innovativ həllərin inkişafını davam etdirib. Əsas layihələrdən biri olan Müştəri Təcrübəsinin İdarə Edilməsi Platforması müxtəlif rəqəmsal kanallardan daxil olan müraciətlərin mərkəzləşdirilmiş şəkildə idarə olunmasına, avtomatlaşdırılmış kommunikasiya proseslərinin həyata keçirilməsinə və süni intellekt əsaslı çatbotlar vasitəsilə 24/7 xidmət göstərilməsinə imkan yaradıb.
Sektorlar üzrə rəqəmsal həllərin inkişafı da hesabat dövründə diqqət mərkəzində saxlanılıb. Bu çərçivədə nəqliyyat və logistika sektoru üçün nəzərdə tutulmuş "YolDASH360" platforması təqdim olunub. Həll videomüşahidə, süni intellekt və GPS texnologiyalarını birləşdirərək monitorinq, təhlükəsizlik və əməliyyat idarəetmə proseslərinin daha effektiv təşkilinə imkan verir.
2025-ci ildə şirkət beynəlxalq tərəfdaşlıqlarını gücləndirməyə davam edib. Qlobal avtomatlaşdırma lideri UiPath ilə strateji əməkdaşlıq çərçivəsində təqdim olunan robotik proses avtomatlaşdırılması (RPA) həlləri korporativ müştərilərə əməliyyat səmərəliliyini artırmaq və resurslardan daha effektiv istifadə etmək imkanı yaradıb.
Azercell həmçinin telekommunikasiya və texnologiya sahəsində aparıcı beynəlxalq alyanslardan biri olan TM Forum-un rəsmi üzvü olub. Bu tərəfdaşlıq şirkətə rəqəmsal xidmətlərin inkişafı və müştəri təcrübəsinin təkmilləşdirilməsi istiqamətində qabaqcıl təcrübələrə çıxış imkanı qazandırıb.
2025-ci ildə "Azercell TechTalks" təşəbbüsü çərçivəsində korporativ müştərilər üçün ilk konfrans təşkil olunub. "Gələcəyi dəyişən texnologiyalar" mövzusuna həsr edilən tədbirdə süni intellekt, təhlükəsiz rəqəmsal innovasiyalar və robotik avtomatlaşdırma kimi əsas texnoloji trendlər müzakirə olunub. Tədbirdə Amazon Web Services, Cisco, FutureBright Group və UiPath kimi aparıcı şirkətlərin nümayəndələri öz təcrübələrini iştirakçılarla bölüşüblər.
Beləliklə, 2025-ci il Azercell üçün rəqəmsal imkanların daha da gücləndirilməsi və xidmət portfelinin genişləndirilməsi baxımından əlamətdar olub. Şirkət Azərbaycanın rəqəmsal ekosisteminin inkişafına töhfə verən müasir, innovativ və yeni dövrün tələblərinə cavab verən həllər təqdim etməklə bazardakı mövqeyini daha da gücləndirməyə davam edib.
Oxşar xəbərlər
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
"Azercell" fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Bu gün Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq
-
Ənvər Qarqaş: BƏƏ ABŞ, İsrailin İranla münaqişəsinin diplomatik həlli üçün mübarizə aparır
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu













