Laçında traktor minaya düşüb
Far.Az xəbər saytı

Laçında traktor minaya düşüb


İşğaldan azad edilmiş Laçın rayonunun Fingə kəndi ərazisində sentyabrın 25-də mina partlayışı hadisəsi baş verib.

Far.Az-ə xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

Bildirilib ki, Ağcabədi rayon sakini 1992-ci il təvəllüdlü Quliyev Ülfət Saday oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər

Azad edilmiş ərazilərdə mina təhlükəsinə həsr olunan tədbir keçirilib
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Üç qurum Ağdamdakı mina partlayışı ilə bağlı məlumat yayıb - YENİLƏNİB
Mina təhlükəsi: Humanitar böhran, sosial-iqtisadi çağırış və beynəlxalq əməkdaşlıq zərurəti - TƏHLİL
Xocavənd rayonunda mina partlayıb, xəsarət alanlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər