WUF13 Təcrübə Mərkəzi adlı platformanı təqdim edəcək
17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mənzil təminatı və şəhərsalma sahəsində praktiki və həllyönümlü müzakirələrin təşviqi üçün nəzərdə tutulmuş yeni məkanı - Təcrübə Mərkəzi adlı platformanı təqdim edəcək.
BAKU.WS xəbər verir ki, əsas diqqəti icra və tətbiq məsələlərinə yönəldən bu platforma özünü doğrultmuş yanaşma prinsiplərini, əldə edilmiş təcrübələri və qarşılıqlı öyrənmə imkanlarını bir araya gətirəcək.
WUF13 tədbirinin "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" adlı mövzusu çərçivəsində Təcrübə Mərkəzi praktiki mənzil həlləri sayəsində reallaşdırılan müsbət dəyişiklikləri nümayiş etdirəcək. Platforma müxtəlif regionlarda uğurlu olmuş təcrübələri ön plana çıxarmaqla yanaşı, qərar qəbul edən şəxsləri, eləcə də öz biliklərini təcrübədə tətbiq edən mütəxəssisləri birbaşa icra prosesi ilə əlaqələndirərək biliklərin real fəaliyyətə çevrilməsinə töhfə verəcək.
Platforma qlobal miqyasda həyata keçirilən genişmiqyaslı prosesə əsaslanır, belə ki, vaxtilə bu proses çərçivəsində mənzil təminatı üzrə praktiki təcrübə nümunələrinin qəbulu elan edilib və müxtəlif dünya ölkələrindən 200-dən çox müraciət daxil olub. Ekspert qrupları bu müraciətlər arasından 171 təcrübə nümunəsi seçiblər. Bu təcrübə nümunələri müxtəlif idarəetmə səviyyələrini və fərqli amilləri ehtiva edən müxtəlif həll variantlarını, o cümlədən BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və onun tərəfdaşları tərəfindən həyata keçirilən təşəbbüsləri əks etdirir. Ümumilikdə, 84 ölkəni əhatə edən bu təcrübə nümunələri milli və yerli hökumətlər, vətəndaş cəmiyyəti, özəl sektor, fondlar və akademik dairələrin töhfələrini özündə birləşdirir. İştirakçılar interaktiv rəqəmsal monitor vasitəsi ilə bu təşəbbüslərlə tanış ola və ehtiyaclara uyğun həll variantlarını axtara bilərlər.
Proqram və şəbəkələşmə
Təcrübə Mərkəzində 11 interaktiv sessiya keçiriləcək və hər sessiya oxşar problemlər üzərində çalışan müxtəlif ölkə təşkilatlarını bir araya gətirəcək. 90 dəqiqəlik dialoq formatında təşkil olunacaq bu sessiyalar eyni məsələyə fərqli yanaşmaları nümayiş etdirməklə yanaşı, uğurlu təcrübələrin və müxtəlif şəraitdə adaptasiya oluna və ya genişləndirilə bilən həll variantlarının müzakirəsi üçün şərait yaradacaq.
Sessiyaları tamamlayan xüsusi şəbəkələşmə məkanı öz biliklərini təcrübədə tətbiq edən mütəxəssislər, siyasət formalaşdıran rəsmilər və tərəfdaşlar ilə birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq və əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün şərait yaradacaq. Birlikdə bu elementlər iştirakçı auditoriyasının özünü doğrultmuş yanaşmaları kəşf etməsi və bu yanaşmaların arxasında duran şəxslərlə ünsiyyət qurması, eləcə də real icra təcrübəsindən faydalanması üçün vahid platforma formalaşdırır.
WUF13 tədbirinin mirası
Təcrübə Mərkəzi yalnız WUF13 çərçivəsində fəaliyyət göstərəcək proqramla məhdudlaşmır və mənzil təminatı sahəsində qlobal bilik bazasına uzunmüddətli töhfə kimi nəzərdə tutulub. Bütün təcrübələr rəqəmsal platforma vasitəsilə əlçatan olacaq və davamlı öyrənmə, eləcə də təcrübə mübadiləsini dəstəkləmək məqsədilə ətraflı məlumatlar və konkret faktlar üzrə araşdırmalar təqdim ediləcək.
Platforma müntəzəm surətdə yenilənəcək və zaman keçdikcə, onun məlumat bazası daha da genişlənəcək. Qarşıda duran əsas məqsəd isə əldə olunan təcrübələri paylaşmaq və uğurlu yanaşmaların digər yerlərdə də tətbiqini təşviq etməklə, Yeni Şəhərsalma Proqramının davamlı icrasına dəstək olmaq və mənzil təminatı üzrə səmərəli həll variantlarının qlobal müstəvidə tətbiqini sürətləndirməkdir.
Təcrübə Mərkəzinin tam proqramı ilə burada tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində sosial-emosional öyrənmə proqramı icra olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
Bu gün Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq
-
Ənvər Qarqaş: BƏƏ ABŞ, İsrailin İranla münaqişəsinin diplomatik həlli üçün mübarizə aparır













